Icma.az
close
up
RU
Niyə dollar yen məzənnəsi yenidən 150 ni aşa bilər?

Niyə dollar yen məzənnəsi yenidən 150 ni aşa bilər?

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Yaponiyada Liberal Demokrat Partiyasının (LDP) rəhbərlik etdiyi koalisiya parlamentdə çoxluğu qorumaq üçün kifayət qədər mandat əldə etməyə bilər.

News24.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Uzaq Şərq ölkəsindəki media orqanlarının keçirdiyi sorğular bunu deməyə əsas verir.

Seçkilərin nəticəsindən asılı olmayaraq, dövlət xərclərinin artacağı gözlənilir. LDP seçicilərə birbaşa pul ödənişləri vəd edir, müxalifət isə baha başa gələcək satış vergisinin azaldılmasını təklif edir.

Dövlət borcu ilə bağlı narahatlıqlar artıq Yaponiya istiqrazlarının gəlirliyini son illərin maksimumuna yüksəldib. Hazırda ölkədə 10 illik dövlət istiqrazlarının gəlirliliyi 1.55%, 30 illik isə 3.07 faizdir. Bloomberg bu gün bununla bağlı ayrıca məqalə yazaraq qeyd edir ki, seçki öncəsi qeyri-müəyyənlik fonunda yen bu həftə apreldən bəri ən zəif səviyyəyə düşüb. Daha bir narahatedici siqnal var. Treyderlər demək olar ki, bir il fasilədən sonra ilk dəfə olaraq dollar qarşısında yenin ucuzlaşmasına yönəlik qısamüddətli opsionlara kütləvi şəkildə mərc etməyə başlayıblar. Yəni “short” mövqelər açmağa başlayıblar.

“Adətən, istiqraz gəlirləri artanda yen alınır, amma bu, yaxşı tip artım deyil. Böyük ehtimalla, Yaponiya səhm bazarı, istiqrazları və yen eyni anda ucuzlaşacaq. Seçkilərin nəticəsindən asılı olmayaraq Yaponiya daha çox pul xərcləyəcək”- deyə, “SBI Liquidity Market”in tədqiqatlar üzrə meneceri Marito Ueda izah edir.

Cümə axşamı yen 0,4% ucuzlaşaraq 1 dollar üçün 148,42 yen səviyyəsinə düşüb.

Yen bu ay ABŞ dollarının möhkəmlənməsindən də zərər görüb, lakin analitiklər seçkiləri valyutanın düşməsi üçün əsas katalizator hesab edirlər.

Bloomberg tərəfindən irəli sürülən mümkün ssenarilər belədir:

Əgər LDP məğlub olsa, Uedanın fikrincə, yen 1 dollar üçün 152-yə qədər zəifləyə bilər. “Əgər yeni sorğular LDP üçün daha pis nəticələr göstərsə, seçkilərdən əvvəl dollar 150-ni aşa bilər”.

Ağır məğlubiyyət halında, “Mizuho Securities”in baş strateqi Şoki Omorinin fikrincə, yenin dəyəri 155-ə qədər düşə bilər — bu səviyyə sonuncu dəfə fevralda müşahidə olunub. Omori xəbərdarlıq edir: “Dövlət xərcləri artdıqca, bazarlar yenə olan etibarını itirəcək”.

Yenə təsir edən digər amillər:

Trampın tarif planları Yaponiyanın ticarət siyasəti üçün qeyri-müəyyənlik yaradır

Qlobal investorlar rezervlərini yen əvəzinə İsveçrə frankına keçirirlər

Ticarət kəsiri və zəif iqtisadi artım yenin “təhlükəsiz liman” statusunu sarsıdır

Son üç ayda yen bütün əsas valyutalar qarşısında dəyər itirib

Əgər LDP çoxluğu qorusa, Omorinin fikrincə, yen 1 dollar üçün 144-ə qədər möhkəmlənə bilər, lakin bu təsir qısamüddətli olacaq.

“Seçkilərdən sonra diqqət Yaponiya və ABŞ arasındakı ticarət danışıqlarına yönələcək” deyən, Sony Financial Group-un baş analitiki Kumiko İşikava qeyd edir ki, “əsas sual budur: İsiba Tramp ilə tariflər mövzusunda necə razılığa gələ biləcək?”

Xatırladaq ki, ABŞ-ın tarif tətbiqi üçün son tarix – 1 avqustdur. Bu vaxta qədər ikitərəfli danışıqlar zəif tempdə irəliləyib. Seçkilərin nəticəsi Yaponiyanın bu danışıqlarda nə qədər güclü mövqedə olacağını müəyyən edəcək. Valyuta treyderləri isə artıq volatilliyə hazırlaşırlar — bir çoxu aprelin əvvəlindən bəri ilk dəfə uzun mövqelərini minimuma endirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://news24.az
archiveBu xəbər 17 İyul 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see276

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see259

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see147

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see144

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see136

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see135

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri