Niyə elə düşünürlər ki, şou biznesdə olmaq pisdir?
Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Bəzi sənət adamları düşünür ki, şou-biznesdə olmaq yaxşı deyil. Başa düşmürəm, niyə? Biz səhnəyə çıxırıq, bacardığımız şounu göstərir, mahnı oxuyur, klip çəkirik. Kiminsə əhvalı yaxşı da ola bilər, pis də. Amma şou davam edir. Bu, gözəl bir addımdır, əgər bacarırsansa".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Lətifə “Gün ortası” proqramında deyib. Sənətçi son günlər müzakirə olunan “Mən şou adamı deyiləm” fikirlərinə münasibət bildirib.
"Əgər sən şou yaratmağı bacarmırsansa, bu dünyada deyilsən. Bəzi adamlar şou dünyasında olmadığını desə də, proqramlara çıxırlar. Operaya gedirik, orada da səhnə qurulur, dekor hazırlanır. Dünya ulduzları da səhnədə şou göstərir. Maykl Cekson, Uitney Hyuston şou göstərirdi. Nə xoş bizə ki, belə sənətkarların olduğu şou aləmində adımız çəkilir. Şou-biznesdə təhqiredici heç nə yoxdur".
Qeyd edək ki, Əməkdar artistlər Elnarə Abdullayeva və Könül Kərimova şou-biznesdə olmadığını deyərək, müzakirələrə səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 02 May 2026 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















