Icma.az
close
up
RU
Niyə flaminqolar çəhrayıdır və onlar doğulduqda necə görünürlər?

Niyə flaminqolar çəhrayıdır və onlar doğulduqda necə görünürlər?

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Flaminqoların tüklərinin çəhrayı rəngi onların qidalanma tərzi və bəzi digər amillərlə bağlıdır. Maraqlıdır ki, bu quşlar çəhrayı rəngdə doğulmur.

Qaynarinfo "BBC Wildlife Magazine" portalına istinadən ki, flaminqoların parlaq rəngi qida mənbələrindəki karotinoid piqmentlərdən yaranır. Bu piqmentlər yosunlarda və qabıqlı su canlılarında olur. Koloniyada ən parlaq çəhrayı rəngə sahib olan quşlar daha yüksək statusa malikdir, çünki bu, onların sağlam, güclü və qida mənbələrini tapmaqda uğurlu olduqlarını göstərir.

Çoxalma dövründə yüksək mövqedə olan flaminqolar tüklərinin rəngini daha da gücləndirərək sürüdəki digər fərdlərə təsir edir və bu, cütləşmə mərasimlərinin başlanğıcını verir. Maraqlıdır ki, flaminqoların daxili orqanları da çəhrayı rəngdədir. Onlar yosun, xırda qabıqlı canlılar və mikroskopik bitki mənşəli materiallardan gələn karotinoidləri toplayıb mənimsəmək üçün uyğunlaşıblar. Bu piqmentlər narıncı, qırmızı, sarı və çəhrayı çalarlar yaradır.

Flaminqolar doğulduqda solğun rəngdə olur və valideynlərinin onları bəslədiyi qırmızımtıl "quş südü” sayəsində tədricən çəhrayı rəng alırlar. Yetişkin quşlarda isə çoxalma mövsümündə tük rəngi solur. Bunun səbəbi lələk dəyişməsi və həmin dövrdə zəif qidalanmadır, nəticədə yeni tüklər əvvəlki qədər parlaq olmur.

Flaminqolar ovlarını necə tutur?

Kaliforniya Berkli Universitetinin alimləri, Corciya Texnologiya İnstitutu və Kennesaw Dövlət Universitetinin mütəxəssisləri ilə birgə apardıqları araşdırmada çilili flaminqoların qeyri-adi ov üsulunu aşkar ediblər.

Onlar ovlarını tutmaq üçün ayaqların hərəkəti, başın mövqeyi və dimdiyin sürətli çırpılması kombinasiyasından istifadə edirlər. Ayaqları ilə suyun dibindəki çöküntünü qarışdırır, yerində "rəqs edərək” ayaqlarını palçağa batırıb qaldırırlar. Bu zaman su və çöküntü burulğan şəklində yuxarı qalxır, flaminqo isə başını suya salaraq dairəvi axın içində ovunu tutur. Bu quşların özünəməxsus G formalı dimdiyi onlara qidanı səmərəli şəkildə süzməyə imkan verir.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 Avqust 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri