Icma.az
close
up
RU
Niyə kariyes tez tez təkrarlanır? SƏBƏBLƏR

Niyə kariyes tez tez təkrarlanır? SƏBƏBLƏR

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Karies yəni diş çürüməsi dünyanın ən geniş yayılmış diş problemlərindən biri olaraq qalır. Hər nə qədər stomatoloq tərəfindən uğurla müalicə edilsə də, bəzi hallarda bu problem zamanla yenidən üzə çıxır.

Bəs kariyesin təkrar-təkrar yaranmasının səbəbi nədir?

Milli.Az xəbər verir ki, diş həkimlərinin fikrincə, kariyesin əsas yaranma səbəbləri arasında qeyri-düzgün ağız gigiyenası, şəkərli və nişastalı qidaların tez-tez qəbulu, eləcə də müntəzəm stomatoloji müayinələrin olmaması ön sıralarda yer alır. Lakin maraqlıdır ki, müalicə olunmuş dişlərdə belə kariyesin yenidən yaranması halları tez-tez müşahidə edilir.

Təkrar kariyesin əsas səbəbləri bunlardır:

Müalicənin natamam və ya keyfiyyətsiz aparılması: Bəzən dolğunun altında qalan kiçik bir sahə zamanla yenidən çürüyə bilər.

Ağız gigiyenasına yetərli diqqət göstərilməməsi: Düzgün diş fırçalanmaması və diş ipindən istifadə edilməməsi bakteriyaların çoxalmasına səbəb olur.

Qidalanma vərdişləri: Tez-tez şəkərli içki və yeməklərin qəbul edilməsi diş minasını zəiflədir.

Tüpürcək ifrazının azalması: Xüsusilə bəzi dərmanların qəbulu ağız quruluğuna səbəb olaraq dişlərin təmizlənməsini çətinləşdirir.

Diş həkimləri tövsiyə edir ki, kariyesin qarşısını almaq üçün gündə ən azı iki dəfə dişlərin fırçalanmasını, diş ipindən istifadəni, balanslı qidalanmanı və ildə azı iki dəfə diş həkimi müayinəsini tövsiyə edirlər. Bundan əlavə, flüor tərkibli diş pastaları və qoruyucu gellər də kariyesin qarşısının alınmasında effektiv hesab olunur.

Nəticə olaraq, kariyes müalicə oluna bilən, lakin təkrar risk daşıyan bir problemdir. Ona görə də yalnız həkim müdaxiləsi ilə kifayətlənmək deyil, gündəlik qaydalara ciddi şəkildə riayət etmək də vacibdir. 

Aysel Əkbər
Milli.Az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 09 May 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see326

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see317

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see307

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see293

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see291

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see259

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see249

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see247

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see229

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see227

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see226

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see224

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see213

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see210

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see209

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see194

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see184

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see167

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see167

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri