Icma.az
close
up
RU
Niyə kişilər qadınlardan uzundur? Səbəb genlərdə gizlidir

Niyə kişilər qadınlardan uzundur? Səbəb genlərdə gizlidir

Icma.az, Lent az saytına istinadən bildirir.

Təxminən bir milyon insanın genetik məlumatlarının təhlili alimlərə cinslər arasında boy fərqinə təsir edən amillərdən birini müəyyən etməyə kömək edib. Məlum olub ki, buna səbəb xüsusi bir gendir.

Kişi və qadınlar arasında orta boy fərqi təxminən 13 santimetr təşkil edir. Lakin bu fərqin bioloji səbəbləri yaxın vaxta qədər tam aydın deyildi. Yeni araşdırma bu məsələyə daha çox aydınlıq gətirir.

Lent.az bununla bağlı məlumatları təqdim edir:

Nəzər mərkəzində – SHOX

Tədqiqatçılar SHOX adlı genə diqqət yetiriblər. Bu gen insan boyu ilə əlaqəsi ilə tanınır. SHOX geni həm qadınlarda olan iki X xromosomunda, həm də kişilərdə olan X və Y xromosomlarında yerləşir. Bu o deməkdir ki, gen hər iki cinsdə mövcuddur. Lakin alimlərin araşdırmasına görə, onun boy artımına təsiri cinslər arasında fərqli ola bilər.

ABŞ və Böyük Britaniyadan olan tədqiqatçılar üç müxtəlif biobankdan təxminən bir milyon insanın məlumatlarını analiz ediblər. Onlar arasında 1200-dən çox nadir xromosom anomaliyasına malik insan aşkarlanıb - məsələn, əlavə və ya çatışmayan X və ya Y xromosomları. Bu cür insanların boyu müqayisə edilərkən, əlavə Y xromosomunun boyu əlavə X xromosomundan daha çox artırdığı müəyyən edilib.

Niyə kişilərdə təsir daha güclüdür?

Məsələ burasındadır ki, SHOX geni cinsi xromosomların kənar hissəsində yerləşir. Qadınlarda iki X xromosomundan biri genetik olaraq daha az aktivdir, bu səbəbdən həmin X-in uclarındakı genlər (o cümlədən SHOX) yalnız qismən fəaliyyət göstərir.

Kişilərdə isə vəziyyət fərqlidir: həm X, həm də Y xromosomundakı SHOX genləri tam aktivdir. Bu da onların boy artımına daha güclü təsir etməsinə səbəb olur.

SHOX geni nədir?

SHOX (Short Stature Homeobox) geni zülal sintezini idarə edən və digər genlərin aktivliyini tənzimləyən təlimatları verir. Xüsusilə də skeletin inkişafı, əllərin və ayaqların sümük böyüməsi və yetişməsi üçün çox vacibdir.

Bu tapıntı insan bədəninin formalaşmasında genetik fərqliliklərin necə mühüm rol oynadığını bir daha sübut edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:249
embedMənbə:https://lent.az
archiveBu xəbər 23 May 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri