Icma.az
close
up
RU
“Niyə təyyarədə çay və qəhvə içmək olmaz? Stüardessalardan açıqlama“ “The Sun“

“Niyə təyyarədə çay və qəhvə içmək olmaz? Stüardessalardan açıqlama“ “The Sun“

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

"Kabinədəki su təhlükəli bakteriyalar daşıya bilər..."

Sərnişinlərə uçuş zamanı isti içkilərdən, xüsusilə çay və qəhvədən çəkinmək tövsiyə olunur. 

Moderator.az xəbər verir ki, bu barədə "The Sun" nəşri yazıb.

Araşdırmanın nəticələri

Yeni araşdırma uzun illərdir bələdçilərin təyyarədəki suyun keyfiyyəti ilə bağlı xəbərdarlıqlarını təsdiqləyib. ABŞ-dakı "Qidalanmanın dərman və uzunömürlülük kimi öyrənilməsi Mərkəzi" 2026-cı ilin təyyarə suyu keyfiyyəti araşdırmasını yayımlayıb. Tədqiqat 2022-2025-ci illər ərzində 10 böyük və 11 regional ABŞ aviaşirkətinin məlumatlarını analiz edib.

35 674 nümunədən 949-da koliform bakteriyalar aşkar olunub - bu, patogen mikroorqanizmlə çirklənmənin göstəricisidir. Həmçinin 32 nümunədə bağırsaq çöpü (E. coli) tapılıb ki, bu da qusmaya və ishala səbəb ola bilər. "Delta" və "Frontier" kimi bəzi aviaşirkətlər nisbətən təhlükəsiz olsa da, əksər "low-cost" şirkətlər içməli su təhlükəsizliyi standartlarına cavab verməyib.

Səbəb və tövsiyələr

Mərkəzin direktoru Çarlz Platkin vurğulayıb ki, regional aviaşirkətlərdə su anbarlarının vəziyyəti ciddi şəkildə yaxşılaşdırılmalıdır. Onun sözlərinə görə, su anbarları tez-tez vaxt azlığından düzgün təmizlənmir: "Təyyarələr enir, çənlər boşaldılmır və yuyulmur. Sadəcə su əlavə olunur, bütün çöküntü isə dibdə qalır".

Hesabatda sərnişinlərə şüşə suyu içmək və kabinədə kran suyundan hazırlanan isti içkilərdən - çay və qəhvədən çəkinmək tövsiyə olunur. Eyni zamanda, təyyarə tualetində əllərin yuyulması əvəzinə antiseptik istifadə etmək daha təhlükəsiz sayılır.

Stüardessaların təcrübəsi

Keçmiş stüardessa Ket Kamalani "TikTok"-da bildirib ki, su anbarları "demək olar ki, heç vaxt təmizlənmir" və vəziyyət çox pisdir: "Biz özü də çay və qəhvə demək olar ki, içmirik. Bütün su eyni anbarından gəlir və bu, həqiqətən iyrəncdir".

Başqa bir stüardessa isə "Vice"-a açıqlamasında deyib ki, test zamanı təyyarədəki su bir neçə dəfə təhlükəli hesab olunub, lakin problem formal olaraq həll edilib, sistem tam təmizlənməyib.

Qanunvericiliyə görə, aviaşirkətlər su anbarlarını ildə ən azı bir dəfə, bəzilərində isə dörd dəfə yuyub dezinfeksiya etməli və onların vəziyyətini aylıq yoxlamalıdır. Lakin araşdırma göstərib ki, bu tələblər tez-tez gözardı olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Yanvar 2026 23:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri