Niyə tıktık xanım, göyçək Fatimənin kuklası yoxdur
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Hüquqi termin uşaqlara münasibətdə özünü göstərir. Yəni yetkinlik yaşına çatmayanlara uşaq demək düzgün deyil".
Redaktor.az xəbər verir ki, bunu deputat Hikmət Məmmədov Milli Məclisin bugünkü iclasında müvafiq qanun layihəsinin müzakirəsi zamanı deyib.
"Biz həmişə uşaqların tərbiyəsindən danışanda, həmişə 3 faktoru ortaya qoyurduq. İndi buna bir faktor da əlavə olunur, bu infogen faktordu. İnfogen faktor uşaqları bizdən oğurlayacaq, onları ətrafda gördüklərinə, aldığı informasiyaya oxşadacaq. Bunun qarşısını almaq mühümdür. Uşaqlar internetdə filmlər, cizgi filmlərinə baxırlar. Bu filmlər bizim istehsal etdiyimiz yox, xaricdən gələn məhsuldur. Bunlar 25-ci kadrda uşaqlara subliminal mesaj kimi ötürülür. Həmin vaxt uşaqlara səslənəndə onlar bizi eşitmir. İndi "barbie" kimi kuklalar çoxdu və uşaqlar ona oxşamağa çalışırlar. Ancaq tık-tık xanım, göyçək Fatimənin kuklası yoxdur", - deyə millət vəkili bildirib.
Türkan İSGƏNDƏRLİ
Baxış sayı:61
Bu xəbər 10 Dekabr 2024 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















