Icma.az
close
up
RU
Niyə XVIII əsrdə uşaqların saçları ağ və ya boz idi VİDEO

Niyə XVIII əsrdə uşaqların saçları ağ və ya boz idi VİDEO

Icma.az bildirir, Lent az portalına istinadən.

XVIII əsr Avropasında moda bu gün təsəvvür edə biləcəyimizdən qat-qat ekstravaqant və qəribə idi.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, məhz buna görə də o dövrdəki rəsmlərdə uşaqların ağ və ya boz saçlı təsvir olunması bir çox insanı çaşdırır. Amma bu, yaşla bağlı yox, dəblə bağlı idi.

Ağ saç varlı təbəqənin simvolu

Tarixçi Emi Boinqtonun izahına görə, XVIII əsrdə ağ, tozlanmış saç status və zəriflik göstəricisi sayılırdı. Bu dəb bütün varlı insanlar kişilər, qadınlar və hətta uşaqlar arasında da yayılmışdı.

O dövrdə

Kişilər əsasən at və ya insan saçından hazırlanmış pariklər taxırdılar. Qadınlar isə öz saçlarından böyük, mürəkkəb hörüklü saç düzümü yaradır, onu süni tellərlə və bəzəklərlə həcmləndirirdilər.

Saçın ağ rəngi necə əldə olunurdu

Həmin ağ və ya boz effekt üçün saçlara və ya pariklərə xırda üyüdülmüş nişasta pudrası səpilirdi. Bu pudra çox vaxt lavanda, portağal çiçəyi və ya ətirlər ilə qoxulandırılırdı. Beləliklə, saçlar həm ağappaq görünür, həm də xoş ətir yayırdı.

Rəssamların çəkdiyi portretlərdə uşaqların da saçlarının ağ görünməsi bu səbəbdəndir onların başına da moda tələbinə uyğun olaraq pudra səpirdilər.

Uşaqlar “kiçik böyüklər”

XVIII əsrdə uşaqlar müstəqil fiqurlar kimi yox, böyüklərin “mini versiyası” kimi qəbul olunurdu. Bu, geyimlərdə və saç üslubunda da öz əksini tapırdı. Kiçik qızlar lentlər, çiçəklər və zinət əşyaları ilə bəzədilmiş saç düzümünə malik idilər. Uşaqlara da parik taxmaq adət idi xüsusilə rəsmi ailə portretlərində bu, zəruri sayılırdı.

Müasir baxışdan paradoks

Bizim üçün bu hal qəribə görünsə də, XVIII əsr cəmiyyətində ağ saç gənclik, təmizlik və aristokratik zövqün rəmzi idi.

Yəni uşaqların “yaşlı kimi” görünməsi, o dövrdə onları daha tərbiyəli və nəcib göstərirdi. XVIII əsrin “ağ saçlı uşaqları” xəstə və ya yaşlı deyil, sadəcə dövrün moda qurbanları idilər. O illərdə parik, nişasta tozu və bəzəkli saç düzümü sosial statusun göstəricisi sayılırdı.

Bugünkü baxışla bu qəribə görünsə də, o zaman bu, zərifliyin və yüksək təbəqəyə mənsubluğun simvolu idi.
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://lent.az
archiveBu xəbər 10 Oktyabr 2025 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see194

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see125

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri