Icma.az
close
up
RU
Niyə yerli seriallar üçün dövlət maliyyə ayırmır? Audiovizual Şuradan cavab

Niyə yerli seriallar üçün dövlət maliyyə ayırmır? Audiovizual Şuradan cavab

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

“Ayrılan ümumilikdə 11 milyon manat vəsait hesabına 2011-2014-cü illərdə ümumölkə televiziya kanalları yerli serialların istehsalı və yayımını həyata keçirib".

Bu, “Yeni Sabah”ın sorğusuna cavab olaraq Audiovizual Şuradan bildirilib.

Xatırladaq ki, 2014-dən sonrakı illərdə yerli telekanallarda serial istehsalı üçün vəsait ayrılmayıb. Bunun səbəbləri uzun müddət qaranlıq qalıb. Üstəlik, bir çox yaradıcı qurumların istehsallayihələri kağız üzərində qalıb.

Audiovizual Şuranın sorğuya cavabında qeyd olunub ki, Azərbaycan Prezidentinin 9 sentyabr 2011-ci il və 4 aprel 2013-cü il tarixli sərəncamlarına uyğun olaraq milli telefilmlərin, o cümlədən televiziya seriallarının çəkilişini dəstəkləmək məqsədilə dövlət büdcəsindən müvafiq olaraq 5 milyon və 6 milyon manat vəsait ayrılıb:

“Ümumən 11 milyon manat vəsaitə əsasən, 2011-2014-cü illərdə ümumölkə televiziya kanalları yerli serialların istehsalı və yayımını həyata keçirib.

Sonrakı illərdə yerli serialların istehsalı və yayımı televiziya yayımçılarının öz maliyyə vəsaitləri hesabına və redaksiya siyasətlərinə uyğun olaraq davam etdirilib. 

Kəmiyyət və keyfiyyət baxımından yerli serial bazarının inkişaf etdirilməsi, həmçinin, rəqabətə dayanıqlı serialların istehsalı üçün maliyyə imkanlarının olması əsas amillərdən biridir”.

Şuradan qeyd edilib ki, hazırkı vəziyyətdə yayımçıların maliyyə resurslarının məhdudluğu həm kəmiyyət, həm də keyfiyyət baxımından yerli serial bazarının inkişaf etdirilməsi üçün uyğun deyil:

“Bu baxımdan həm yerli audiovizual məhsul (telefilm, serial və s.) istehsalını artırmaq, həm də bu sahədə müxtəliflik yaratmağa və davamlılığa nail olmaq üçün bir sıra ölkələrin də təcrübəsində olduğu kimi dövlətin əlavə maliyyə dəstəyi məqsədəuyğun hesab olunur”.

Aytac Şahin


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 13 May 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri