Icma.az
close
up
RU
Nizami Cəfərov AMEA nın prezidenti vəzifəsinə gətirilir? Özü danışdı

Nizami Cəfərov AMEA nın prezidenti vəzifəsinə gətirilir? Özü danışdı

Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Millət vəkilliyindən sonra Azərbaycanda Atatürk Mərkəzində və Bakı Dövlət Universitetindəki (BDU) işimlə məşğulam. Ona görə də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbərliyinə gətiriləcəyimlə bağlı məlumatlar söz-söhbətdən ibarətdir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında sabiq deputat, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov deyib.

“Görünür, bəzi adamlar mənim halıma acıyırlar. Guya, öz aləmlərində mənə yaxınlıqlarını ifadə edirlər. AMEA-nın prezidenti akademik İsa Həbibəyli mənə böyük qardaş kimidir. Onun rəhbərliyinə, istedadına, gördüyü işlərə heç bir şübhə yoxdur. Ona görə də heç bir ağıllı adam gözünü İsa Həbibəylinin yerinə dikməz. Həm ağıllı adam olduğuma, həm də elə işlərlə aram olmadığına görə belə niyyətim yoxdur. Çünki bu, o qədər də asan bir iş deyil. Bu vəzifədə olanda həm gərək elmi yaradıcılıqla məşğul olasan, həm də çox ciddi və ağır təşkilatçılıq işi görəsən. Bu da hər adamın işi deyil”, - deyə akademik bildirib.

Nizammi Cəfərov söyləyib ki, AMEA-da tanınmış ziyalılar, böyük mütəxəssislər işləyir. Hazırkı işinin çox yaxşı olduğunu deyən akdemik qeyd edib:

"Güman edirəm ki, Atatürk Mərkəzində hələ çox işlər görmək lazımdır. BDU-da kafedra müdiriyəm və orada da xeyli planlarım var, dərsliklər, proqramlar hazırlayırıq. Dilçilik elmində xeyli dəyişikliklər var, uzun müddətdir ki, onlar yığılıb qalıb, həll olunmalıdır”.

Akademik hazırda müasir dilçilik cərəyanları, tendensiyaları, tərcümələrlə məşğul olduğunu bildirərək vurğulayıb: “Eyni zamanda tərcümə işlərinə rəhbərlik edirəm. Dünya dilçilik klassiklərinin əksəriyyəti olmasa da, ən lazımlılarını tərcümə etmək istəyirik. Həmçinin Ortaq Türk Əlifbasına keçidlə bağlı Atatürk Mərkəzində işlər görülür. Ortaq türk terminologiyası, ümumi ünsiyyət vasitəsi problemi kimi işlərlə məşğuluq. Ona görə də mənim başqa işlərlə məşğul olmağa imkanım da yoxdur”.

Qeyd edək ki, gələn ay Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçiriləcək. İddialara görə, yığıncaqda AMEA-nın rəhbərliyinin dəyişdirilməsi məsələsi gündəmə gələcək, Atatürk Mərkəzinin rəhbəri, sabiq deputat Nizami Cəfərov AMEA Prezidenti İsa Həbibbəylini əvəzləyəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 17 Yanvar 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri