Icma.az
close
up
RU
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Dövlət Komitəsində

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Dövlət Komitəsində

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Noyabrın 21-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə görüşüb. Dövlət Komitəsindən SİA-ya bildirilib ki, görüşdə Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin yarandığı vaxtdan Azərbaycanın yanında olduğunu qeyd edən Dövlət Komitəsinin sədri Bahar Muradova Mərkəzin insanlıq və bəşəriyyət naminə göstərdiyi fəaliyyəti yüksək qiymətləndirib. Mərkəzin COP29 çərçivəsində fəaliyyətinə diqqət çəkən komitə sədri təşkil olunan tədbirlərin ictimaiyyət tərəfindən müsbət qarşılandığını bildirib.

O qonaqlara, həmçinin ailə, qadın və uşaq məsələləri ilə bağlı dövlət siyasətini həyata keçirən Komitənin fəaliyyəti barədə məlumat verib.

COP29 günlərində dünyanın müxtəlif nöqtələrindən insanların bir amal uğrunda Bakıda toplaşdığını deyən B. Muradova siyasətlərin insanların istək və arzularına uyğun qurulması arzusunu dilə gətirib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmail Serageldin Azərbaycanda olmaqdan və belə bir qlobal konfransda iştirakdan məmnunluğunu ifadə edib. O bildirib ki, COP29 konfransından keçən müddət ərzində aparılan işlər kifayət qədər intensivdir və vacib məsələlər arasında gender məsələləri xüsusilə qeyd edilməlidir.

Dünyada qadınların üzləşdiyi məsələlər sırasında iqlim dəyişmələrinin təsirlərinin də yer aldığını diqqətə çatdıran qonaq qeyd edib ki, qadınlara nəinki yardım göstərilməli, həm də düzgün həll yollarının tapılmasında onlarla birgə işləməli, onların iqlim dəyişmələrinə qarşı müqavimət gücünün artırılmasına çalışılmalıdır.

Mərkəzin üzvü, BMT-nin Baş Assambleyasının 73-cü sessiyasının prezidenti Maria Fernanda Espinosa COP29 çərçivəsində uğurlu tərəfdaşlığın qurulmasından məmnunluğunu ifadə edib. Vurğulayıb ki, zəngin diskussiyalar, müzakirələr və panel toplantılarında iştirak etmək, beynəlxalq məşvərət Komitəsi çərçivəsində çalışmaq qürurvericidir.

Azərbaycanın belə böyük tədbirin öhdəsindən layiqincə gəldiyini vurğulayan qonaq əlavə edib ki, bu konfrans həm iqlim üçün, həm də çoxtərəfli əməkdaşlıq üçün faydalıdır.

Mərkəzin üzvü, Gürcüstanın sabiq ədliyyə naziri Eka Tkeselaşvili isə qeyd edib ki, Azərbaycan regionda bu beynəlxalq tədbirə yüksək səviyyədə ev sahibliyi edir, ilklərə imza atır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı tarixində ilk dəfə idi ki, bir gün tam olaraq qadın mövzusuna, gender məsələlərinə həsr edildi. Bu, dünyaəhəmiyyətli uğurdur.

Sonra görüş qarşılıqlı maraq doğuran faydalı və mümkün əməkdaşlıq istiqamətlərinin müzakirəsi ilə davam edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Noyabr 2024 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri