Icma.az
close
up
RU
Nizami Gəncəvinin türk dilində nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

Nizami Gəncəvinin türk dilində nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Ankara, 3 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XI Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində Üzeyir Hacıbəyli təqdimat zonasında dahi Azərbaycan şairi və Türk dünyasının mütəfəkkiri Nizami Gəncəvinin orjinaldan Türkiyə türkcəsinə tərcümə və nəşr olunmuş “Xəmsə”dən “Sirlər Xəzinəsi” və “İsgəndərnamə” əsərlərinin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, “Xəmsə”nin orjinaldan türk dilinə tərcüməsi və nəşri ölkəmizin Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə reallaşdırılır. Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Nizami Gəncəvinin zəngin irsindən, dünya ədəbiyyatına təsirindən, Azərbaycan və Türk dünyası mədəniyyətinə bəxş etdiyi töhfələrdən danışıb. S.Abbasov bu istiqamətdə Azərbaycan Mədəniyyət Mərkəzinin layihələri barədə də məlumat verib. O, Azərbaycan dövlətinin Nizami irsinin tanıdılmasına mühüm önəm verdiyini, Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin dahi şairin 880 illiyi münasibətilə “Nizami Gəncəvi İli” elan edildiyini bildirib.

Tədbirə moderatorluq edən AMEA Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov dahi şairin əsərlərindən seçmələr təqdim edib, onun şeirlərini səsləndirib.

Daha sonra Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru professor Mahirə Hüseynova çıxış edərək Nizami Gəncəvinin zəngin yaradıcılığı, onun “Xəmsə”si, ədəbiyyata verdiyi töhfələr barədə danışaraq, şairin irsinin tanıdılması məqsədilə Türkiyədə həyata keçirilən layihələri təqdir ediblər. Alimlər şairin əsərlərində öz doğma xalqına - türk etnosuna məhəbbətin açıq-aşkar duyulduğunu, yaratdığı müsbət obrazların əksəriyyətini ya türk kimi təsvir etdiyini, ya da onların müsbət insani sifətlərinin türklərlə müqayisə etdiyini vurğulayıblar. Çıxışlarda Nizami Gəncəvinin əsərlərinin dünya dillərinə tərcümə olunmasının vacibliyi bildirilib.

Nizami Gəncəvinin əsərlərini Türkiyə türkcəsinə tərcümə edən Ərzurum Atatürk Universitetinin Fars dili və ədəbiyyatı bölümünün rəhbəri professor Nimet Yıldırım layihənin həyata keçirilməsindən, eləcə də şairin ayrı-ayrı əsərlərindən danışıb. O, Nizami Gəncəvinin əsərlərində zəngin süjet xətlərinin olduğunu deyib, şairin yüksək fəlsəfi baxışları və ədəbiyyatımızda yeni intibahın əsasını qoyduğunu, əsərlərinin xalq tərəfindən sevildiyini qeyd edərək, hikmətli beytlərinin canlı danışıq dilində atalar sözləri kimi əbədiləşdiyini bildirib.

Tədbirdə Nizami Gəncəvinin əsərlərinin bu gün də aktuallığını qoruduğu, müxtəlif dillərə tərcümə olunaraq dünya oxucularına çatdırılmasının mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Oktyabr 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see156

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see151

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri