Icma.az
close
up
RU
Nizami Gəncəvinin türkcəyə tərcümə edilmiş “Sirlər xəzinəsi” əsəri Ankarada çapdan çıxıb AZƏRTAC

Nizami Gəncəvinin türkcəyə tərcümə edilmiş “Sirlər xəzinəsi” əsəri Ankarada çapdan çıxıb AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Ankara, 24 yanvar, AZƏRTAC

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə dünyaşöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin zəngin ədəbi irsinin tədqiqi və beynəlxalq aləmdə təbliği sahəsində diqqətəlayiq addımlar atılır.

AZƏRTAC xəbər verir ki, bu məqsədlə ölkəmizin Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) dahi şairin “Xəmsə”sinə daxil olan bütün əsərlərin orijinaldan türk dilinə tərcüməsi və nəşri layihəsini həyata keçirir.

Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə türk dilinə tərcümə edilmiş Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poeması Ankarada çapdan çıxıb. Əsəri Ərzurum Atatürk Universitetinin professoru, tərcüməçi Nimet Yıldırım türkcəyə çevirib.

Kitabın “Ön söz”ündə qeyd olunur ki, Nizaminin hər bir poeması mükəmməl və təkrarsız sənət əsəridir. “Sirlər xəzinəsi” əsəri isə dahi şairin ilk məsnəvisi olmaqla müdrik fikirlərlə zəngin bir hikmət xəzinəsi, həyatın ayrı-ayrı sahələrini əhatə edən, yeni ideya və qənaətlərin ifadə olunduğu hekayətlərdən ibarət bir poemadır.

Qeyd edək ki, 2024-cü ildə Türkiyədəki AMM-in layihəsi ilə Nimet Yıldırım tərəfindən Nizaminin “İskəndərnamə” əsəri türk dilinə tərcümə olunaraq Ankarada işıq üzü görmüşdü.

Xatırladaq ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkənin Xalq şairi Camal Kamal tərəfindən “Xəmsə”yə daxil olan beş əsərin hər biri orijinaldan özbək dilinə tərcümə edilərək çapdan çıxıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Yanvar 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri