Icma.az
close
up
RU
Nizami Kino Mərkəzində “4 TƏKƏR” filminin təqdimatı olub FOTOLAR

Nizami Kino Mərkəzində “4 TƏKƏR” filminin təqdimatı olub FOTOLAR

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Nizami Kino Mərkəzində “ALİOĞLU MEDİA GROUP” tərəfindən “4 TƏKƏR” filminin və ALIOGLUMEDIA.AZ platformasının təqdimatı keçirilib. 

“Cebheinfo.az” xəbər verir ki, tədbir rəsmi qonaqların, kino ictimaiyyətinin, media nümayəndələrinin və yaradıcı şəxslərin geniş iştirakı ilə baş tutub. 

Mərasim ciddi və rəsmi atmosferdə təşkil olunub və həm filmin, həm də platformanın təqdimatı tamaşaçılar üçün maarifləndirici və faydalı informasiya mənbəyinə çevrilib. 

“4 TƏKƏR” filmi komediya-macəra janrında çəkilib və dostluq, birlik, macəra mövzularını əyləncəli şəkildə təqdim edir. Filmin süjetində gənc qəhrəman sevdiyi qızın atasının avtomobilini qumarda uduzur və borcunu qaytarmaq üçün uşaqlıq dostlarından kömək istəyir. Hadisələr boyunca baş verən macəralar və gülməli situasiyalar tamaşaçılara pozitiv ovqat bəxş edir. Film 18 sentyabrdan etibarən ölkənin “CinemaPlus” və “Nizami” kinoteatrlarında nümayiş olunur.

Təqdimat mərasimində filmin ərsəyə gəlməsində göstərilən dəstəyə görə dövlət qurumlarına xüsusi təşəkkür bildirilib. Bu dəstək milli kino istehsalının inkişafına, yaradıcı şəxslərin potensialının reallaşmasına və Azərbaycan kinematoqrafiyasının möhkəmlənməsinə mühüm töhfə kimi qiymətləndirilib. 

ALIOGLUMEDIA.AZ isə Azərbaycanın ilk peşəkar cast platformasıdır. O, yaradıcı şəxslərə özlərini təqdim etmək, portfoliolarını paylaşmaq və həm yerli, həm də beynəlxalq prodakşnlarla əməkdaşlıq qurmaq imkanı yaradır. Platforma aktyorlar, rejissorlar, operatorlar, modellər, ssenaristlər, rəssamlar, bəstəkarlar, qrim ustaları, montajçılar, kaskadyorlar, müğənnilər, ifaçılar, fotoqraflar, rəqqaslar, animatorlar, işıqçılar, aparıcılar, jurnalistlər və səs rejissorları üçün nəzərdə tutulub. Layihə Azərbaycan istedadlarının tanıdılmasına, peşəkar əlaqələrin formalaşmasına və milli kinematoqrafiyanın beynəlxalq müstəvidə təqdim olunmasına mühüm dəstək verir.

“4 TƏKƏR” filminin baş prodüseri və quruluşçu rejissoru Amil Ali, ssenari müəllifləri Tərlan Nur Yaşar və Məcid Hüseynov, təsvir rejissoru Şahmar Səfəroğlu, bəstəkar Behşat Məlikzadə, quruluşçu rəssam Elnarə Səfərli, səs rejissoru Toğrul Səfərov, montaj rejissoru Firdovsi A. Nəbiyev, icraçı prodüserlər isə Sərxan Mustafayev və Fəqan Bayramovdur. Film heyətində Məcid Hüseyinov, Tərlan Nur Yaşar, Nofəl Şahlaroğlu, Əlibəy Məmmədli, Ramil Abdullayev, Ceyhun Məmmədov, Şəbnəm Əliyeva, Midhət Aydın, Rövşən Kərimduxt və bir çox digər tanınmış aktyorlar rol alır. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Sentyabr 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see192

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see162

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see149

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see148

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see141

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see141

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see139

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see138

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see129

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see127

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see125

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri