Icma.az
close
up
RU
Nizami rayon ictimaiyyəti “Zəfərin izi ilə” devizi altında Qarabağa səfər edib

Nizami rayon ictimaiyyəti “Zəfərin izi ilə” devizi altında Qarabağa səfər edib

Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Nizami rayon ictimaiyyəti “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin 14 iyul 1969-cu il tarixində Azərbaycana rəhbərliyə gəlməsi münasibətilə “Zəfərin izi ilə” devizi altında Qarabağa səfər edib. 


Missiya.Az xəbər verir ki, səfər çərçivəsində Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının fəalları, könüllüləri, Türk Aqsaqqalları İctimai Birliyinin İdarə Heyətinin və Gənclər Birliyinin üzvləri, eləcə də Nizami rayon ictimaiyyət nümayəndələri əvvəlcə Xankəndi şəhərində Zəfər meydanını ziyarət ediblər. Onlara şəhərin tarixindən, mövcud vəziyyətindən, sosial və mədəni həyatından bəhs edilib. Xankəndinin strateji əhəmiyyəti, həyata keçirilən bərpa işləri və inkişaf perspektivləri diqqətə çatdırılıb. 

Sonra Qarabağ Universiteti ilə tanışlıq olub. Tanışlıq zamanı Qarabağ Universitetinin rektoru Şahin Bayramov universitetin elmi-tədqiqat istiqamətləri və beynəlxalq əməkdaşlıq imkanları barədə geniş məlumat verib. Rektor işğaldan azad edilmiş torpaqlarda həyat və təhsilin məhz şəhidlərin canı və qanı bahasına bərpa olunduğunu vurğulayıb, universitetin fakültələri, ixtisasları və qəbul prosesi barədə ətraflı danışıb. 

Nizami rayon ictimaiyyəti Xankəndidən Şuşa şəhərinə gəliblər. Burada Cıdır düzü, Vaqifin məqbərəsi, Yuxarı Gövhərağa məscidi, güllələnmiş heykəllər, Şuşa qalası, Gəncə qapısı və İsa bulağını ziyarət ediblər. Onlara şəhərin tarixi və Şuşada Azərbaycan mədəni irsinə qarşı erməni vandalizmi haqqında danışılıb, şəhərdə aparılan sürətli bərpa və yenidənqurma işləri ilə tanışlıq olub. 

Şuşa şəhərindən sonra Nizami rayon ictimaiyyəti Laçına səfər edib. Onlara məlumat verilib ki, işğaldan azad olunmuş Laçına 1000-dək ailə qayıdıb. Laçın şəhərində, Zabux və Sus kəndlərində keçmiş məcburi köçkünlər üçün qısa müddətdə hər cür şərait yaradılıb. 2026-cı ilin sonuna qədər 12 min insanın öz evlərinə qaytarılması da planlaşdırılır. 

Nizami rayon ictimaiyyətinin Laçın şəhər ilə tanışlığından sonra Qarabağa səfəri başa çatıb. 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://missiya.az
archiveBu xəbər 16 İyul 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri