Icma.az
close
up
RU
Nizami Tibb Mərkəzi HIMSS nin beynəlxalq akkreditasiya sertifikatını əldə edib

Nizami Tibb Mərkəzi HIMSS nin beynəlxalq akkreditasiya sertifikatını əldə edib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 14 iyul, AZƏRTAC

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Nizami Tibb Mərkəzi Amerika Birləşmiş Ştatlarının (ABŞ) Səhiyyə İnformasiya və İdarəetmə Sistemləri Cəmiyyətinin (HIMSS) xəstəxana məlumatlarının idarəedilməsi sistemi üzrə beynəlxalq dərəcəli nüfuzlu akkreditasiya sertifikatını əldə edib.

TƏBİB-dən AZƏRTAC-a verilən məlumata görə, sertifikat HIMSS-nin önəmli qiymətləndirmə modulu hesab olunan Elektron Tibbi Qeydiyyatın Adaptasiyası Modulu (EMRAM) VI səviyyə üzrə təqdim edilib. Sertifikat informasiya texnologiyaları və idarəetmə sistemlərindən ən yaxşı şəkildə istifadə etməklə səhiyyə xidmətinin keyfiyyətli, təhlükəsiz, səmərəli formada daim təkmilləşdirilməsinə görə təqdim olunur.

Azərbaycanda rəqəmsal səhiyyə ekosisteminin inkişafı, eləcə də, göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində HIMSS təşkilatı ilə əməkdaşlıq çərçivəsində 2024-cü ilin sentyabr ayından başlayaraq Nizami Tibb Mərkəzində akkreditasiya sertifikatının əldə edilməsinə dair hazırlıq işlərinə başlanılıb.

TƏBİB-in tabeliyindəki “Rəqəmsal Tibbi Həllər” MMC və Nizami Tibb Mərkəzinin İşçi qrupu tərəfindən icra edilən işlər çərçivəsində müalicə prosesi ilə bağlı təyinatlar, müəssisədaxili tibbi sənədləşmələr elektronlaşdırılıb, həkimlər, eləcə də, tibb bacıları üçün elektron Qərar Dəstəyi Sistemləri (QDS) hazırlanıb və tətbiq olunub. Həmçinin Xəstəxana İdarəetmə Sisteminin (XİS) dayanıqlığı üçün bir sıra standartlar tətbiq edilib, müalicə və müayinə nəticəsində əldə olunan məlumatların analizi, həmin nəticələrdən keyfiyyətin yaxşılaşdırılmasında istifadə ilə bağlı yeniliklər tətbiq edilib, pasiyentlərin sağlamlıq qeydlərinə əlçatanlığı genişləndirilib.

Rəqəmsal yeniliklərin tətbiqi ilə xidmət keyfiyyətinin yüksəldilməsi, pasiyent təhlükəsizliyinin təmin olunması, tibbi personalın təcrübəsinin genişləndirilməsi, pasiyentlərin müalicə prosesinə daxil edilməsi və digər istiqamətlər üzrə müsbət nəticələr əldə olunub, Azərbaycan səhiyyəsinin beynəlxalq aləmdə tanınması istiqamətində uğurlu addımlar atılıb.

Qeyd edək ki, HIMSS 1961-ci ildə təsis edilib. Təşkilatın fəaliyyət istiqamətlərindən biri də cəmiyyətə məxsus 7 mərhələli yetkinlik modulları üzrə standartları tətbiq etmiş tibb müəssisələrinə beynəlxalq sertifikatların təqdim olunmasıdır. Bu beynəlxalq sertifikatlar informasiya texnologiyaları və idarəetmə sistemlərindən effektiv istifadə etməklə səhiyyə xidmətinin keyfiyyətli, təhlükəsiz və səmərəli formada daim təkmilləşdirilməsinə görə təqdim olunur.

Xatırladaq ki, Azərbaycanda və regionda ilk dəfə HIMSS beynəlxalq akkreditasiya sertifikatını Yeni Klinika əldə edib. Nizami Tibb Mərkəzi isə sözügedən sertifikatı əldə edən ikinci tibb müəssisəsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 İyul 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri