“Nizami” və “28 May” arasında fəaliyyət göstərəcək avtobuslar pullu olacaq
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avqustun 15-dən “Nizami” və “28 May” stansiyaları arasında fəaliyyət göstərəcək əlavə avtobuslar ödənişli olacaq.
Yeniavaz.com “Report”a istinadla xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, avtobuslar arasında interval 5 dəqiqədən az olacaq:
“Bu stansiyalar arasında 6 ekspres avtobus fəaliyyət göstərəcək. Bununla sərnişinlərə metrodan istifadə etmədən şəhərin bir nöqtəsindən digərinə, yəni əsas axın istiqamətləri üzrə hərəkət etmək imkanı yaradılacaq. İlk baxışda “28 May”-“Nizami” stansiyaları arasında avtobus əlaqəsinin yaradılması asan görünür. Lakin məlumdur ki, bir metro qatarı 1 600 sərnişin daşıyır. İntervallar bütün nəqliyyat növləri arasında mövcud ən minimal həddədir. Yəni “İçərişəhər”-“Həzi Aslanov” istiqamətini götürsək, 2 dəqiqə 30 saniyədən bir qatar daxil olur və avtobusların intervalının isə 5 dəqiqədən az etmək mümkün olmadığını nəzərə alsaq, bu təxminən 40-a yaxın 80 nəfər tutumlu avtobus deməkdir”.
Xatırladaq ki, gələn həftənin sonunda metronun Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə start veriləcək. Bu müddət ərzində “Dərnəgül” istiqamətindən hərəkət edən qatarlar “Nizami” stansiyasına qədər hərəkət edəcək və oradan geri qayıdacaq.
Bu mövzuda digər xəbərlər:Metronun 28 May Nizami stansiyaları arasında xüsusi avtobuslar fəaliyyət göstərə bilər
18 Aprel 2025 18:48
"Nizami" və "28 May" arasında avtobuslar ödənişli olacaq?
04 Avqust 2026 14:11
28 May Nizami arasında avtobuslar niyə pulsuz olmayacaq? Ekspert izah ETDİ
05 Avqust 2026 17:36
“28 May”la “Nizami” arasında hərəkət yanvardan DAYANDIRILIR
25 Sentyabr 2025 11:28
“Nizami” və “28 may” stansiyaları arasında hərəkət müvəqqəti dayandırılacaq
25 Sentyabr 2025 12:04
Baxış sayı:352
Bu xəbər 04 Avqust 2026 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















