Icma.az
close
up
RU
“No war”çıların barış istəyi və ya kimi dindirirsən dava dava deyir

“No war”çıların barış istəyi və ya kimi dindirirsən dava dava deyir

Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ümidləri yenə uzaqdakı dayılarıdır - Rusiya, İran, Avropa, ABŞ, Hindistan…

Sizə danışım öz “no war”çı vaxtlarımdan. Yəni “savaş yox”, “savaşmayın”, “dincliklə çözün problemləri” dediyimiz zamanlardan.

Mən elə indi də savaşa qarşıyam. Dincliklə çözümdən yanayam. Bir vətəndaş toplumu fəalı olaraq Ermənistanla Azərbaycan vətəndaş toplumunun nümayəndələri arasında dialoqda iştirak edirdim. 44 günlük savaşdan bir az öncəyə qədər bu dialoq zəif də olsa hələ davam edirdi. İndi Əbu-Dabidə iki ölkə razılaşıblar ki, dialoq olsun.

Jurnalistlər, VC üzvləri görüşməyə başlayacaqlar yenə. Belə görüşlər məğlub ölkə nümayəndələri üçün əlavə psixoloji ağırlıq verirdi o zaman. Bununla belə, dialoqu faydalı sayırdıq. Qarşı tərəfin barış arqumentlərini, bu və ya digər məsələyə və hadisəyə münasibətini, əhvalını öyrənmək maraqlı idi.

Söhbətlər qarşılıqlı hörmət çərçivəsində keçirdi, şübhəsiz.

Azərbaycan tərəfdə əlaqələndirici hamımızın sayğı bəslədiyimiz Arzu xanım Abdullayeva idi. İştirakçılar isə hamımızın dəyərli ekspertlər kimi tanıdığımız şəxslər idi. Ermənistan tərəfdən daim gələnlərin də bəzilərini tanıyırsınız.

İlk qırılma, metamorfoz 2016-cı ilin aprelindəki döyüşdən sonra baş verdi. Özəlliklə o zaman Qarabağda yaşayan “no war”çılar tezcə əbalarını dəyişib “Kalaşnikov” götürdülər. 44 günlük savaşda isə hər iki ölkəni təmsil edənlərin bir hissəsi “müsəlləh əsgərəm mən də bu gündən” oxumağa başladılar. Hamısı yox. Dialoq üçün üz saxlayanlar da var.

Ermənistan tərəfdən bəzilərini dinləyirəm neçə ildir. Davakarın böyüyü elə onlar imişlər. Deyir ki, “Zəngəzurdan Naxçıvana yol vermək Ermənistanın sonu olar”. Dünyanı, Rusiya başda olmaqla, çağırıb tökmək istəyir Zəngəzura ki, təki yol verməsinlər.

David Şahnəzəryan. O vaxt elə danışmazdı. Başqaları da var.

Sanki Ermənistanda bir dialoq istəyən, gerçəkdən barış istəyən bir neçə nəfərdən birincisi elə Nikol Paşinyan imiş. Kimi dindirirsən dava-dava deyir. Dava deyirlər, amma ümidləri yenə uzaqdakı dayılarıdır. Rusiya, İran, Avropa, ABŞ, Hindistan…

Rusiya zəifləyib, amma yenə ondan ümidlərini kəsmirlər. “Yaralı ayı”nın özündə güc tapıb yenidən Qafqaza həmlə edəcəyini umurlar.

Rusiyaya ümidini itirənlər Avropa deyirlər. Avropanın nəsə edəcəyinə inandırmaq istəyirlər özlərini və başqalarını.

ABŞ’a ümidlərini Tramp qırdı. Kamala Harris gəlsəydi indi göylə gedərdilə. Amma yenə də üzmürlər ümidlərini ABŞ’dan.

İrana da güvənirdilər. İndi bir az azalıb, İran toppuzları yeyib udandan sonra.

2 gün öncə Bakıda da yaxşı tanınan, dialoq proqramlarının aparıcısı olsa da Azərbaycan tərəfinə güvənmədiyini gizlədə bilməyən jurnalist son günlərdə məşhurlaşmış Karnegi Fondu eksperti Alesya Vartanyandan soruşur ki, ABŞ hakimiyyətini Cənubi Qafqaz nə dərəcədə maraqlandırır.

O ümidlə ki, ABŞ Zəngəzur dəhlizinə nəzarət etsə, bölgəyə gəlsə, bu Ermənistana böyük qol-qanad verər. Onlar inanırlar ki, ABŞ “sülhməramlısı” Ermənistan üçün Rusiyadan daha yaxşı tərəfkeşlik edəcək.

Alesya Vartanyan cavab verir ki, çox azdır ABŞın bu işdə birbaşa iştirakı.

Alesya Vartanyan deyir ki, ümumiyyətlə heç bir ölkənin bu işdə ciddi və yaxından müdaxiləsi mümkünsüz görünür. Bölgədə əsas söz sahibi Azərbaycandır. Trampın sözü ilə desək, kartların çoxu onun əlindədir.

Yəni Ermənistan uzaqdakı qohumlarına bel bağlamamalı, qonşuları ilə uzaq qohumları vasitəsiylə danışmamalı, özü birbaşa qonşularla danışıb yola gəlməlidir.

Bunu Alesya Vartanyan deyir.

Keçmiş “no war”çılar isə oturub uzaq qohumların gəlməsini arzulayırlar.

Rəşid Hacılı – Avropada yaşayan azərbaycanlı hüquq müdafiəçisi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://ayna.az
archiveBu xəbər 27 İyul 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri