Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Hrach Topalyanın Bakıda ““no war”çu fabriki” FAKTLAR

Hrach Topalyanın Bakıda ““no war”çu fabriki” FAKTLAR

Icma.az bildirir, Apa.az portalına istinadən.

Avrasiya Əməkdaşlıq Fondu bu günlərdə Bakıda gənclər üçün “Bakı Münaqişə Məktəbi-2025” adlı layihəyə başlamağa hazırlaşır. Layihənin məzmunu "Münaqişə Məktəbi Məzun Şəbəkəsi” adı altında təslimçi düşüncəli, ultra-liberal, qeyri-ənənəvi dəyərləri dəstəkləyən gəncləri Fondun çətiri altında toplamaqdır.

Yeni “no war”çu axtarışları

APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, bu yaxınlarda Qərbin Azərbaycandakı nüfuz agentləri yetərli qədər “no war” ideyası ilə çıxış edən gənclər ortaya çıxara bilmədiklərinə görə mərkəzi ofisləri tərəfindən bərk danlanıblar. Bir çox Qərb institutlarını özündən çıxaran Vətən Müharibəsi və ondan sonrakı dövrdə Azərbaycan gənclərinin ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda hər cür mübarizəyə hazır ruha malik olmasıdır. Müqayisədə bir neçə radikal solçu və anarxist aktivistin sosial şəbəkə səviyyəsindəki çağırışları ictimai dəstəkdən məhrumdur. Bu, bəzi Qərb institutlarının illərlə Azərbaycanı təslimçiliyə kökləyən “no war” ideyası ilə bağlı apardıqları işlərin məqsədinə çatmadığını, qrantların çoxunun kağız üstündə “həyata keçirilən” layihələrə ayrıldığının faktiki göstəricisi olub.

Avrasiya Əməkdaşlıq Fondunun “Bakı Münaqişə Məktəbi-2025” layihəsi “no war”çu axtarışlarının gücləndirilməsi təlimatına xidmət edir. Planlaşdırılır ki, bu tədbir çərçivəsində şəbəkəyə cəlb edilmiş gənc simalar müxtəlif beynəlxalq tədbirlərdə təmsilçilik qazanacaq və şəbəkə üzvü kimi “etimad quruculuğu” istiqamətində fəaliyyət göstərəcəklər.

Anti-azərbaycan şəbəkəsi

Avrasiya Fondunun İdarə Heyəti və Himayəçilər Şurasının tərkibi ermənilər və ermənipərəst siyasəti ilə tanınmış xeyli vətəndaş cəmiyyəti nümayəndəsi və keçmiş diplomatlarla zəngindir. Fondun İdarə Heyətində vətəndaş fəallığı və liderlik üzrə baş direktor kimi Qraç Topalyanın (Hrach Topalyan) adını görürük. Himayəçilər Şurasında isə ermənipərəst siyasəti ilə tanınmış ABŞ-ın istefada olan sabiq səfiri Pamela L.Spartlen, (o, Himayəçilər Şurasının sədridir), USAID yetirməsi Syuzan Kosinskiy Fritz yer alır. Qlobal Enerji Mərkəzinin təsisçisi və baş direktoru, ABŞ-ın Azərbaycandakı keçmiş səfirlərindən olan, özünü ABŞ-ın Azərbaycandakı qubernatoru kimi aparmağa çalışmış Riçard L.Morninqstar da Himayəçilər Şurasındadır. Azərbaycana qarşı davamlı olaraq qara PR kampaniyası aparan, Azərbaycan əleyhinə olan bütün fəaliyyətlərdə fəal yer alan ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kauzlariçin adı isə Avrasiya Fondunun Məşvərət Şurasının üzvləri sırasındadır. Yəni, Fondun bütün rəhbər orqanlarında ermənilərin mövqeyini dəstəkləyən azı bir nəfər var.

Xatırlatmaq yerinə düşər ki, 2023-cü ilin oktyabrında ATƏT-in Varşavada keçirilən illik İnsan Ölçüsü Konfransında Avrasiya Fondunun proqram direktoru İsabella Sargsyan Azərbaycanı Ermənistana qarşı soyqırımı törətməkdə ittiham etmiş, hətta bu mövzuda danışarkən ATƏT tədbirində ona yaradılmış bu fürsətdən layiqincə istifadə etmək üçün ağlamsınmağı da unutmamışdı.

Avrasiya Əməkdaşlıq Fondunun əhatəsi

Avrasiya Əməkdaşlıq Fondunun Azərbaycandakı rəhbəri uzun illərdir ki, Nailə Haşımovadır. O, hər zaman səhnə arxasında dayanmağa üstünlük verib. Əsas donoru USAID, Avropa İttifaqı olan Avrasiya Əməkdaşlıq Fondu əsasən feminist, ultra-liberal, LGBT fərdləri və “nowar”çu şəxslərin “fabrik”i rolundadır. Fondun əhatəsindəki bəzi şəxslərə diqqət yetirək:

Bəhruz Səmədov – vaxtilə Əli Kərimlinin tədbirlərinin bəzəyi olan bu LGBT fəalı hazırda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilərək həbsdədir. Onun əsas fəaliyyəti gəncləri Ermənistanla təslimçi barışığa sövq etmək, LGBT icmasının ölkədə genişlənməsini dəstəkləmək, onların sıralarından “nowar”çu nəsli yetişdirmək idi; Sevinc Səmədzadə – qatı ermənipərəst mövqeyi və radikal feminist düşüncələri ilə tanınır. Laçın-Xankəndi yolundakı ekoaksiyalar zamanı artıq tarixin zibilliyinə göndərilmiş xunta rejimini müdafiə edən, COP29 vaxtı isə isveçli iqlim fəalı Qreta Tunberq ilə Tbilisidə “Artsaxa azadlıq” aksiyası keçirən bu şəxs Avrasiya Əməkdaşlıq Fondunun tədbirlərində təlimçi kimi Azərbaycan gənclərinə nə isə öyrədirmiş; Səməd Şıxı – Vətənə xəyanət ittihamı ilə həbs olunmuş Bəhruz Səmədovun dostlarından biri olan, sosial mediada bölücü fikirləri ilə tanınan bu şəxs Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə “Azərbaycan gənci sosial mediada” adlı təlim təşkil edib; Ayxan Zayıdzadə - bir neçə ay öncə Vikipediada Vətən müharibəsi şəhidlərinə aid olan səhifələrin silinməsi ilə gündəmə gələn, narkotik istifadəçisi olan bu şəxs sosial mediada bölücü fikirləri, Azərbaycanın və Türkiyənin ərazi bütövlüyü əleyhinə çağırışları ilə tanınır. O, Avrasiya Əməkdaşlıq Fondunun “Münaqişə məktəbi”nin “nümunəvi” məzunlarından biridir; İlkin Əliyev – xarici təşkilatlar tərəfindən təşkil olunmuş tədbirlərdə özünü azərbaycanlı hesab etmədiyini, azərbaycanlı kimliyinin ona süni şəkildə “yapışdırıldığını” deyən bu şəxs Azərbaycanın ailə dəyərlərini rədd etməsi ilə tanınır; Elnur Musayev – Fondun sevimli təlimçisi olan bu şəxs də ultra-liberal, “no war”çu qrupun təmsilçisidir. Qeyri-ənənəvi həyat yaşayan şəxslərin keçdiyi təlimlərdə Azərbaycan gəncləri nələri öyrənirlər? Sənubər Heydərova – radikal feminist qruplaşmanın üzvü olan bu şəxs isə EPF-in tədbirlərinə tez-tez dəvət etdiyi təlimçilərdən biridir.

Onlar Avrasiya Əməkdaşlıq Fondunun əhatəsindəki şəxslərin bəziləridir. Digər şəxslərlə əlaqədar araşdırmalarımız davam edir. Onların sırasında hətta Bakıdakı özəl universitetlərin birinin təsisçisi də var.

Ermənistanda revanşizmə dəstək

Sosial media hesablarının təhlili göstərir ki, Azərbaycandan fərqli olaraq, Fondun Ermənistandakı bölməsi “münaqişə məktəbi” tipli layihələrə deyil, daha çox “insan hüquqları”, “demokratiya” və “gender bərabərliyi” kimi mövzulardakı layihələrə üstünlük verilir. Qeyd edilən mövzulardakı təlim və ekspert görüşlərində isə əsasən hakim “Vətəndaş müqaviləsi” partiyasının tərəfdarı olan şəxslər dəvət edilirlər. Fondun bağlı olduğu Qərb dairələrinin sözügedən layihələrlə gənclər arasında hazırki sorosçu hakimiyyətə dəstək verən siyasi aktiv şəxslər formalaşdırmağa çalışdıqları hiss olunur.

Avrasiya Əməkdaşlıq Fondu Qafqaza nə vaxt gəlib?

Son illər xüsusilə Cənubi Qafqaz regionunda daha geniş fəaliyyət göstərməyə başlayan bu təşkilatın əsası 1992-ci ildə - SSRİ süquta uğradıqdan 1 il sonra qoyulub. Layihələri keçmiş SSRİ-nin tərkibindəki ölkələri əhatə edib. İlk nümayəndəliyi 1993-cü ildə Moskvada fəaliyyətə başlayıb. 1995-ci ildə “Eurasia Foundation” Ermənistanda və Ukraynada da görünməyə başlayıb. 1997-ci ildə Ermənistanda hətta nəşriyyat belə qurub. 2002-ci ildə Nyu-Yorkda fəaliyyət göstərən Karnegi Korporasiyasının dəstəyi ilə Ermənistan, Azərbaycan və Gürcüstanda ayrı-ayrılıqda Qafqaz Tədqiqat və Resurs Mərkəzi açılır. 2004-cü ildə təşkilatın üç Qafqaz ölkəsində fəaliyyətdə olan filialları bu dövlətlərin qanunvericiliyinə uyğun şəkildə qeyri-hökumət təşkilatları formasında qeydiyyata alınır. Həmin təşkilatlar isə EF (Eurasia Foundation)-un şəbəkəsini formalaşdırırdı. Avrasiya Fondu Qafqaz Tədqiqat və Resurs Mərkəzi (CRRC) adlı layihənin icrasına 2003-cü ildən başlayıb. Fondun rəsmi açıqlamasına inansaq, əsas məqsədi Cənubi Qafqazda sosial sahədə elmi tədqiqatların təşviqi, eləcə də həmin regionda dövlət siyasətinin tədqiqindən ibarət olub. Avrasiya Əməkdaşlıq Fondu Nyu-Yorkda yerləşən Karnegi Fondunun dəstəyi ilə Azərbaycan, Gürcüstan və Ermənistanda mərkəzlər yaradıb. Onların əsas tədqiqat işlərindən biri “Caucasus Barometer” adlanır.

Avrasiya Fondu 2008-ci ildə başlatdığı “Bill Maynes Fellowship” təqaüd proqramı ilə də ermənilərin fəaliyyətinə dəstək olub. Bu proqram çərçivəsində müxtəlif ölkələrdən 17 nəfər ABŞ-də təlim proqramlarına cəlb olunub. Onların arasında Ermənistandan jurnalist Noune Sarkisyan da var. N.Sarkisyan Azərbaycandan olan qadın hüquqları fəalları ilə “Qadınların sülhyaratmada rolu: regional yol xəritəsi” mövzusunda birgə hesabat da hazırlayıb.

Xəyanət yolçuları

Avrasiya Əməkdaşlıq Fondunun ətrafında toplaşanların hamısını birləşdirən yeganə cəhət şübhəsiz ki, Azərbaycan milli dəyərlərinə, ənənəvi həyat tərzinə nifrət, bu müqəddəs dəyərləri alçaltmaqla topalyanların gözündə ucalmaq niyyətidir. Təsadüfi deyildir ki, 2025-ci ilin əvvəlində Prezident İlham Əliyevin yerli TV kanallarına müsahibəsində bir sıra xarici donorların Azərbaycandakı niyyətləri açıq göstərildi: “Təəssüf ki, biz Azərbaycan gəncliyinin bəzi nümayəndələrinin xəyanət yolu tutduğunu görürük, açıq-aşkar satqınlıq, erməniçiliklə əməkdaşlıq – bu da NED (Аmerikanın “National Endowment for Democracy”) və EED (“Europеan Endowment for Democracy”) tərəfindən maliyyələşdirilən sözdə qrant proqramları vasitəsilə beyinlərin yuyulmasının nəticəsidir”.

Yəqin ki, bu ifşa materialından sonra əlaqədar qurumlar Avrasiya Əməkdaşlıq Fondunun fəaliyyətini təftiş edəcəklər. İnanınıq ki, bu təftiş xeyli xəyanətlərin üstünü açacaq.

Aldadılaraq Avrasiya Əməkdaşlıq Fondunun “Bakı Münaqişə Məktəbi-2025” adlı layihəsinə qoşulanlar isə nə qədər ki, gec deyil, bu yoldan çəkilsələr, daha doğru seçim edərlər.

“Bakı Münaqişə Məktəbi-2025” barədə araşdırmamız davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://apa.az
archiveBu xəbər 22 Yanvar 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see317

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see276

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see259

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see256

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see251

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see245

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see241

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see222

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see218

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see217

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see215

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see212

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see210

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see207

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see198

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see183

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see176

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri