Icma.az
close
up
RU
Nobel Sülh Mükafatı kimə verilməlidir?

Nobel Sülh Mükafatı kimə verilməlidir?

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İlham Əliyev: Bəs əgər Nobel Sülh Mükafatı Prezident Trampa verilməsə, kimə verilməlidir? Mən heç bir iş görməmiş, lakin mükafat almış şəxslərlə bağlı Nobel Sülh Mükafatının çox müəmmalı qərarlarının tarixinə varmaq istəməzdim. Lakin Prezident Tramp altı ay ərzində möcüzə yaratdı. Bir sözlə, düşünürəm ki, erməni həmkarım da dəstəkləyəcək. Auditoriyanın reaksiyasından hesab edirəm ki, biz qayıdan kimi birgə məktubun hazırlanması üzərində razılığa gələcəyik.

İnsanların həyatına qan-qada, ölüm-itim gətirən, şirin arzuları puç edən, qurulu şəhərləri, tarixə şahidlik etmiş sivilizasiyaları dağıdan, xalqlar arasında düşmənçilk yaradan müharibələr dünyada hər zaman ciddi narahatlıqlar yaradıb. Bu gün isə beynəlxalq səviyyədə müharibə mövzusunun aktuallığı heç vaxt olmadığı qədər artıb ki, bu da ayrı-ayrı regionlarda eyni vaxtda qanlı müharibələrin alovlanması ilə bağlıdır. Açıq deyək ki, dünya yeni qlobal müharibənin astanasına gəlib çatıb. Narahatlıq doğuran ən mühüm məqam ondan ibarətdir ki, yeni dünya müharibəsinin ənənəvi müharibələrdən kəskin şəkildə fərqlənəcəyinin proqnozları verilir. Belə görünür ki, top-tüfəng, tank, piyadalar  kimi resurslarla aparılan müharibə dövrü də keçmişə qovuşmaqdadır. İndi müharibələr daha güclü dağıdıcı gücə malik uzaq mənzilli, hipersəs sürətli innovativ texnikalar vasitəsi ilə aparılır. Ən qorxulusu  dəhşətlisi isə odur ki, ayrı-ayrı güc mərkəzləri, bəzi siyasətçilər bəşəriyyətə əzələ nümayiş etdirərək dünyanı nüvə silahları ilə hədələyirlər.

İlham Əliyevi və Donald Trampı birləşdirən əsas cəhət - hər iki lider müharibəyə “yox” deyir

Təsvir olunan reallıq fonunda dahi Azərbaycan şairi Hüseyn Cavidin aşağıdakı misraları yada düşür: Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü.

Bəs bizim zəmanəmizin Yer üzünü bəlalardan qurtaracaq dahisi kim ola bilər? Açığı, son vaxtlaradək dünya siyasətçiləri arasında belə bir sima fərlənmirdi. Dünyanın bir nömrəli supergüc dövəti olan Amerika Birləşmiş Ştatlarının (ABŞ) sabiq Prezidenti Co Baydenin özü əslində müharibənin içində idi. ABŞ-ın indiki Prezidenti Donald Trampın bildirdiyi kimi, Rusiya-Ukrayna müharibəsini məhz Bayden başlatdırıb. Bundan başqa, C.Baydenin prezidentliyi dönəmində onun ölkəsi Yaxın Şərqdə, o cümlədən də Qəzzada yaşananların bu və ya digər formada iştirakçısı olub. Digər bir güc mərkəzi olan Rusiya artıq üç ildən çoxdur ki, müharibə tərəfidir. Rusiya-Ukrayna müharibəsində də hər gün insanlar həyatını itirir. Belə bir vəziyyətdə Birləşmiş Millətlər Təşkilatından gözləntilər də çox deyil. Qurumun artıq dişsiz, gücsüz bir təşkilata çevrildiyi müxtəlif səviyyələrdə etiraf olunur. Təhlükəsizlik Şurası beş ölkənin girovluğunda qalıb, buna görə də ədalətli qərarlar verilmir.  Kədərli haldır ki, BMT Baş katibinin ayrı-ayrı regionlarda tüğyan edən müharibələrin dayandırılması ilə bağlı çağırışları əsla eşidilmir.

Bu kimi kədərli reallıqlar fonunda ABŞ-ın yeni Prezidenti Donald Tramp tamam fərqli bir raksdan diqqət mərkəzinə gəlib. O hələ ötən il seçkiqabağı təbliğat dönəmində sülh təşəbbüslərindən çıxış edir, seçiləcəyi təqdirdə Rusiya-Ukrayna  müharibəsini, digər münaqişələri qısa müddətdə bitirəcəyini bildirirdi. Yeri gəlmişkən, D.Trampın seçkiqabağı dönəmdə sülh, barışıq mövqeyindən çıxış etməsi Azərbaycan Prezidenti  İlham Əliyevin də diqqətini çəkmişdi. Dövlətimizin başçısı ABŞ-dakı seçkilərlə bağlı Ona ünvanlanan sualı cavablandırarkən, D.Trampa xüsusi rəğbətini bildirmiş, onun sülh mövqeyindən çıxış etməsini alqışlamışdı. Bu, o anlama gəlir ki, rezidentlər İlham Əliyev və Donald Tramp müharibələrə “yox” deyən siyasətçilərdirlər. Paralellər aparmaq üçün daha bir məqama diqqət yetirək: Bir qədər bundan əvvəl D.Tramp özünün sosial şəbəkə hesabında Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı çıxışından bir hissəni paylaşıb. Dövlətimizin başçısı orumda sualları cavablandırarkən regionda və dünyada qalıcı sülhə çağırışlar edib, həmçinin D.Trampı “müharibə başlamayan ABŞ Prezidenti” kimi səciyyələndirib. Məlumdur ki, ABŞ prezidenlərinin əksəriyyətinin idarəçiliyi dönəmində bu ölkə dünyanın ayı-ayrı regionlarında qanlı müharibələrə cəlb olunub. D.Tramp isə tarixdə müharibə deyil, sülh prezidenti kimi qalmaq istəyir. Təsadüfi deyildir ki, müxtəlif dairələrdən onun Nobel ülh üfatına namizədliyi irəli sürülüb. İlham

Əliyevin sülh çağırışları D.Trampın dünyaya sülh gətirmək istəyi ilə üst-üstə düşür və bu səbəbdən də o, sosial şəbəkə hesabında bəhs olunan paylaşımı edib.

Alovlanan müharibələr, Trampın səyləri və ümid yaradan nəticələr

D.Tramp Ağ Evdə yenidən fəaliyyətə başlayandan bəri ayrı-ayrı regionlardakı müharibələrin dayandırlması onun gündəliyində dayanan bir nömrəli məsələ olub, desək, yanılmarıq. Düzdür, o, Rusiya-Ukrayna müharibəsini qısa müddətdə bitirəcəyinin vədini versə də, hələlik buna nail olmayıb. Bu, ik növbədə müharibənin son dərəcə kəskin və ziddiyyətli olması ilə bağlıdır. D.Tramp isə səylərini əsirgəmir və müharibəni hansı yollasa bitirəcəyinə əmindir. Bundan ötrü o, müxtəlif taktikalara əl atır. Başlanğıcda “yumşaq güc” diplomatiyasına üstünlük verən D.Tramp sonradan Rusiyanın artan aqressiyasını nəzərə almaqla sərt ritorikaya keçid etdi. O, Kremli sülh masasına çəkmək üçün əvvəlcə 50 gün vaxt verdiyini bildirsə də, sonradan Rusiya ordusunun Ukraynaya hücumları intensivləşdirməsi fonunda möhlət müddətini 10 günədək qısaltdı. Bu təzyiqlərin nəticəsi olaraq  Kremldə Rusiya lideri Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında kritik bir görüş baş tutdu.  Həmin müzakirələrdə D.Trampla V.Putinin görüşü razılaşdırıldı. Müharibənin taleyini həll edəcək müzakirələrin aparılacağı görüşün bu həftə Alyaskda baş tutacağı gözlənilir.

Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə ABŞ-a baş tutan uğurlu səfəri çərçivəsində keçirlən tədbirlərdə D.Trampın birbaşa müdaxiləsi sayəsində səngiyən diər müharibələrə diqqət çəkilib. Bunlardan biri iyul ayında yenidən qızışan, müharibə müstəvisinə keçən  Kamboca - Tailand münaqişəsidir. Medianın məlumatına görə, mina insidentindən sonra mübahisəli ərazidə iki ölkənin hərbçiləri arasında atışma olub. Tailand Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən, Kambocanın hücumları nəticəsində azı 11 mülki vətəndaş həlak olub, onlarla insan yaralanıb.

Eyni zamanda, Kambocanın Tailandla sərhəddə yerləşən Oddar Meançey əyalətində sərhəd münaqişəsinin kəskinləşməsi səbəbilə 30 minə yaxın insan öz evlərini tərk edib. Yerli hakimiyyət orqanlarının açıqlamasına görə, məcburi köçkünlərin sayı 8  ailəni ötüb. Münaqişə ocağı məhz D.Trampın birbaşa müdaxiləsi sayəsində səngiyib və tərəflər danışıqlar aparmağa razılaşıblar.

Bu il aprelin 22-də Pahalqamda (şəhər Kəşmirin hazırda Hindistanın nəzarətində olan ərazidə yerləşir) baş verən və 26 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra Hindistanla Pakistan arasında gərginlik son nöqtəsinə çataraq silahlı münaqişəyə çevrilib. Belə ki, mayın 7-nə keçən gecə Hindistan Hərbi Hava Qüvvələri Pakistanın nəzarətində olan Kəşmir vilayətinə, eləcə də bu ölkənin bir neçə böyük şəhərinə aramsız raket zərbələri endiriblər. Pakistan aviasiyası qarşı tərəfə adekvat aviazərbələrlə cavab verib. Pakistanla Hindistan arasında gərginliyin uzunmüddətli müharibəyə çevrilməsinin qarşısını da məhz D.Trampın “sehirli çubuğu” alıb. Başqa belə misallar da sadalamaq mümkündür.

Otuz illik münaqişədən sonra Cənubi Qafqaza sülh gəlir

Bu günlərdə dünya tarixi anlara şahidlik etdi. Ağ Evdə D.Trampın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında təxminən otuz il davam edən münaqişədə yeni bir səhifə açılmış oldu - iki ölkənin xarici işlər nazirləri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə yekun sülh sazişi paraflandı. Bu, 44 günlük müharibədən sonra Azərbaycan Prezidentinin təşəbbüsü ilə başlayan sülhyaratma prosesində tarixi bir nailiyyətdir. İndiyədək buna çoxlu cəhdlər edilmişdi. Xatırlayaq ki, Ağ Evdə baş tutan son görüşlərədək müxtəlif formatlarda danışıqlar aparılıb. Bir vaxtlar Moskva, Brüssel, Vaşinqton formatları aktiv fazada idi. Lakin Vaşinqton formatı Bayden administrasiyasının Azərbaycana münasibətdə qərəzli mövqe tutmasına görə bir neçə görüşdən sonra yarımçıq dayandırıldı. Brüssel formatı çərçivəsində, xüsusilə də Fransanın Ermənistanın tərəfini saxlaması açıq-aşkar idi və buna görə də iflas qaçılmaz oldu. Həmçinin Moskva formatı da səmərəsizliyi ilə yadda qaldı. Belə ki, bu formatda fəaliyyətlər məsul şəxslərin görüşmələrindən və bəyanatlar səsləndirmələrindən uzağa getmədi.

D.Trampın özü bugünlərdə Azərbaycanla Ermənistan arasında uzun sürən münaqişəni Rusiya-Ukrayna müharibəsi kimi mürəkkəb  ədavət kimi səciyyələndirib.  D.Tramp yeganə qlobal səviyyəli liderdir ki, Azərbaycanla Ermənistan arasında başlayan sülhyaratma prosesini məntiqi sonluğa istiqamətləndirməyə nail olub. Prezident İlham Əliyev Vaşinqtonda mətbuata verdiyi bəyanatında D.Trampa minnətdarlığını ifadə edərək bildirib: “Həqiqətən bu gün Azərbaycan xalqının yaddaşına həm qürur, həm də Prezident Trampa minnətdarlıq hissi ilə həkk olunacaq. Onun həm Azərbaycana olan münasibəti və təkcə bizim regionumuz deyil, - bu gün mən bunu fikir mübadiləmizdə qeyd etdim, - cəmi bir neçə ay ərzində Prezident Tramp Afrikada, Asiyada və nəhayət, Cənubi Qafqazda 30 il ərzində əldə oluna bilinməyəni təmin etdi. Biz insanların qurban verilməsi, böyük itkilər ilə nəticələnən iki çox ağır müharibə aparmalı olduq. Prezident Tramp və onun komandası, bizim yaxşı dostumuz Stiven Uitkoff olmasaydı, Ermənistan və Azərbaycan yəqin ki, hələ də sonsuz danışıqlar prosesində idilər”.

Beləliklə, D.Trampın səyləri və vasitəçiliyi ilə Cənubi Qafqaza sülh gəlir. İki ölkənin əməkdaşlıq dönəminə başlayacağına böyük ümidlər yaranıb. Sülh sazişinin dünyanın bir nömrəli ofisində - oval kabinetdə D.Trampın şahidliyi ilə imzalanması böyük məsuliyyət yaradır. Çoxlarının bacarmadığını məhz o bacardı. Buna görə də Azərbaycanın və Ermənistanın da vəfa borcudur ki, D. Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürsünlər. “Bəs əgər Nobel Sülh Mükafatı Prezident Trampa verilməsə, kimə verilməlidir? Mən heç bir iş görməmiş, lakin mükafat almış şəxslərlə bağlı Nobel Sülh Mükafatının çox müəmmalı qərarlarının tarixinə varmaq istəməzdim. Lakin Prezident Tramp altı ay ərzində möcüzə yaratdı. Bir sözlə, düşünürəm ki, erməni həmkarım da dəstəkləyəcək. Auditoriyanın reaksiyasından hesab edirəm ki, biz qayıdan kimi birgə məktubun hazırlanması üzərində razılığa gələcəyik”, - deyə Prezident İlham Əliyev vurğulayıb .

Mübariz ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Avqust 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see434

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see397

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see389

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see364

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see350

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see345

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see267

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see266

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see264

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see230

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see220

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see218

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see217

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see216

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see212

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see202

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see201

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see197

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see196

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri