Icma.az
close
up
RU
Nobel sülh mükafatı medalı Tramp administrasiyasını yumşaltmayacaq AÇIQLAMA

Nobel sülh mükafatı medalı Tramp administrasiyasını yumşaltmayacaq AÇIQLAMA

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"ABŞ Prezidenti Donald Tramp Venesuela müxalifətinin lideri Mariya Korina Maçadodan Nobel sülh mükafatını alması, ilk növbədə onu qeyd etməyi zəruri edir ki, bu hadisə Donald Trampa Nobel sülh mükafatının verilməsi anlamına gəlmir. Çünki Nobel Sülh Komitəsinin mövcud qaydalarına əsasən, yalnız medal təqdim edilə bilər və medal əldən-ələ keçə bilər. Lakin titulun özü, yəni laureat adına verilmiş mükafat başqa bir şəxsə ötürülə bilməz".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirdi.

"Bu hadisənin Trampın və ABŞ administrasiyasının xarici siyasətinə necə təsir göstərəcəyini gələcəkdə görəcəyik. Ancaq indidən demək olar ki, Amerikanın xarici siyasəti heç də şəxsiyyətlərə və ya konkret halda Trampın sülh mükafatı alıb-almamasına görə müəyyənləşmir. Trampın komandası və administrasiyası xarici siyasət, regionlar üzrə strategiyalar, eləcə də milli təhlükəsizlik konsepsiyası çərçivəsində əvvəlcədən formalaşdırılmış planlara malikdir. Münaqişələrə yanaşma da məhz bu konsepsiyalar əsasında həyata keçirilir", - deyə müsahibimiz qeyd etdi.

Millət vəkili hesab edir ki, Nobel sülh mükafatı medalının alınması Tramp və onun komandası üçün müəyyən mənada müsbət siyasi jest kimi qiymətləndirilə bilər:

"Lakin bu, ABŞ-nin əvvəlcədən müəyyən edilmiş xarici siyasət kursuna real təsir göstərməyəcək. Məsələn, Yaxın Şərqlə bağlı Amerikanın xarici siyasət xətti dəyişməyəcək. Eyni zamanda Ukrayna-Rusiya münaqişəsi kontekstində ABŞ-nin Avropa İttifaqı ilə daha sıx koordinasiya və Rusiyaya qarşı daha sərt mövqe nümayiş etdirməsi gündəmdə qalacaq. Qrenlandiya məsələsinə gəldikdə isə, hesab edirəm ki, Nobel sülh mükafatı medalının alınması ABŞ-nin bu istiqamətdə geri addım atmasına səbəb olmayacaq. Əksinə, Qrenlandiyanın yumşaq güc vasitələri ilə ABŞ-yə tabe etdirilməsi və ya "ilhaq" edilməsi prosesi davam etdiriləcək. Nəticə etibarilə, Nobel sülh mükafatı medalının Venesuela müxalifətinin lideri tərəfindən ABŞ Prezidentinə təqdim edilməsi Amerikanın heç bir xarici siyasət kursuna təsir göstərməyəcək. Tramp administrasiyası və MAGA kampaniyası, yəni “Amerikanı yenidən böyük edək” konsepsiyası çərçivəsində nəzərdə tutulmuş planlara uyğun olaraq öz siyasət xəttini davam etdirəcək".

Tural Gəncəliyevin sözlərinə görə, ABŞ administrasiyasının sülh təşəbbüsləri arasında ən təqdirəlayiq istiqamətlərdən biri Cənubi Qafqaz üzrə TRIPP marşrutudur ki, bu, həqiqətən də spesifik və xüsusi bir haldır.

"Lakin Amerikanın digər regionlarla bağlı xarici siyasəti əvvəlcədən planlaşdırılmış şəkildə davam etdiriləcək. Zərurət yarandıqda hərbi gücdən istifadə, strateji təsir mexanizmləri, iqtisadi rıçaqlar, sanksiyalar və digər alətlər öz aktuallığını qoruyacaq. Məsələn, Qrenlandiya məsələsi ilə bağlı ABŞ administrasiyasının Qrenlandiyanı dəstəkləyən Avropa İttifaqı ölkələrinə və Danimarkanın müttəfiqlərinə qarşı iqtisadi sanksiyalar, tariflər və gömrük rüsumlarının artırılması ilə bağlı xəbərdarlıqları onu deməyə əsas verir ki, Nobel sülh mükafatının medalının verilməsi Amerikanın müəyyən məsələlərdə yumşaq davranacağı və ya geri addım atacağı anlamına gəlmir. Əksinə, ABŞ siyasətində əvvəlki dövrlərlə müqayisədə daha gözlənilməz və planlaşdırılması çətin olan xarici siyasət kursunun şahidi olmağa davam edəcəyik", - deyə o yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Yanvar 2026 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri