“Nobel Sülh Mükafatını Trampa verin”
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi ABŞ Prezidenti Donald Trampa Nobel Sülh Mükafatının verilməsi çağırışını edib.
Bu barədə İsrail Baş nazirliyinin “X” platformasındakı rəsmi hesabında süni intellektlə hazırlanmış bir fotoşəkil paylaşılıb.
Şəkildə Trampın boynundan “Nobel Sülh Mükafatı” yazılmış iri medalın asıldığı, Netanyahunun isə onun yanında dayandığı görünür. Paylaşımda həmçinin “Nobel Sülh Mükafatını Prezident Trampa verin, o buna layiqdir” sözləri də yer alıb.
Qeyd edək ki, İsrail Prezidenti İsaak Hersoq da oxşar çağırış edərək Nobel Sülh Mükafatının Donald Trampa verilməsini təklif edib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 09 Oktyabr 2025 20:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















