Icma.az
close
up
RU
Nömrələrin ləğvi bank məlumatlarını risk altına alır KONKRET

Nömrələrin ləğvi bank məlumatlarını risk altına alır KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Mobil nömrənin aktivliyi balansa müəyyən məbləğin yüklənməsindən və ya tarifin abunə haqqının ödənilib-ödənilməməsindən asılıdır. Əks halda nömrə aktivliyi ləğv edilir və müəyyən zaman keçdikdən sonra bərpa edilmədiyi təqdirdə satışa çıxarılır. Mobil nömrə həm də virtual platformalarda qeydiyyatdan keçmək üçün də əhəmiyyət kəsb edir. Əgər şəxs bank xidmətlərindən, mobil bankçılıqda şəxsi nömrə ilə qeydiyyatdan keçibsə, nömrənin deaktiv olub satışa çıxarıldığı təqdirdə nömrənin keçmiş sahibinin şəxsi məlumatları və bankla bağlı həyata keçirdiyi əməliyyatların təhlükəsizliyi risk daşıyır.

KONKRET.az xəbər verir ki, pravda.az-a açıqlama verən İT mütəxəssisi Vahid Qasımovun sözlərinə görə, oğurluq ehtimalı aşağı olsa da, nəzəri olaraq mümkündür: “Kredit kartı və digər kartları bankdan aldığımız zaman təhlükəsizlik şifrələrinin göndərilməsi üçün telefon nömrəsi istənilir. Kart başqa şəxsin əlinə keçərsə, təhlükə ehtimalı az da olsa, var. Telefon nömrəsinə görə nömrənin köhnə sahibinin adını tapmaq mümkündür. Şəxsin adına görə kart nömrəsini təsbit etmək mümkündür. Həmin nömrəyə 3DS şifrəsini göndərməklə kartdan pul oğurluğu da etmək mümkündür. Telefona görə pul ödənilməməsi, nömrənin satışa çıxarılması, başqası tərəfindən alınması yarım ilə yaxın keçən prosesdir. Bu müddətdə şəxs bankla əlaqə saxlayıb başqa nömrə qeyd edə bilər”.

Mövzuyla bağlı mobil operatorlardan Pravda.az-a bildirilib ki, abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsinə əsasən müvafiq müddətədək nömrəyə balans məbləğ yükləmədiyində abunəçinin bu Müqavilədən birtərəfli qaydada imtina etdiyi kimi qəbul edilir: “Bu halda nömrə abunəçinin istifadəsindən çıxarılır (ləğv edir) və Müqaviləyə xitam verir. Müqaviləyə xitam verildikdə isə nömrədə aktiv olan xidmətlər ləğv olunur. Mobil telefon nömrəsinin ləğv edilməsi bank kartlarının təhlükəsizliyinə təsir etmir. Belə ki, müvafiq bank kartı məlumatları mobil rabitə operatoruna aid məlumatlar deyil və tərəfimizdən saxlanılmır. Eyni zamanda, istifadəçilər mobil telefon nömrəsini və mobil telefon cihazını dəyişdikdə, müvafiq tətbiqdə təkrar qeydiyyat və banklar tərəfindən müəyyən edilmiş digər təhlükəsizlik tələblərinə riayət edilməsi tələb olunur”.

Məsələ ilə bağlı banklardan Pravda.az-a bildirilib ki, şəxs mobil nömrəsini nəzarətdə saxlamalıdır, əks halda müəyyən hallarda bank hesablarının təhlükəsizliyi risk altına düşə bilər: “Bir çox hallarda bank və xidmət bildiriş, birdəfəlik kodlar mobil nömrəyə bağlı olur. Yeni istifadəçi həmin nömrəni alarsa SMS-lər və ya təsdiq kodları ona gələ bilər. Əgər vətəndaşın şəxsi mobil nömrəsi bağlanılıb və ya başqasına satılıbsa təhlükədən qorunmaq üçün bank kartındakı 3D təhlükəsizlik kodu dəyişilməlidir. Şəxs dəyişə bilmədiyi halda bank işçilərinə müraciət edə bilər. Bununla yanaşı mütləq şəkildə bank kartında qeyd olunan müvafiq bölmədə köhnə nömrə silinərək yeni nömrə qeyd edilməlidir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Noyabr 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see304

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see281

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see229

Epşteyn işinə görə ABŞ Konqresində ifadə verməlidir

23 Noyabr 2025 13:07see218

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see209

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see163

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see153

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see143

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see141

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see140

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see136

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see135

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see134

Merzdən Ukrayna ilə bağlı bəd xəbər

23 Noyabr 2025 19:15see133

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see128

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see128

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see128

Hazırda İran və ABŞ arasında vasitəçilikdən söhbət getmir

23 Noyabr 2025 14:47see127

ÜST nin Çərçivə Konvensiyasının növbəti konfransı İrəvanda keçiriləcək

23 Noyabr 2025 17:16see126

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri