Nöqsanlara görə işdən çıxarılmışdı vəzifəsinə qaytarıldı
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Naxçıvanda məhkəmə məktəb direktorunun vəzifəyə yenidən bərpasını təmin edib.
Bakıvaxtı.az xəbər verir ki, ötən il Şərur rayonu Muğançıq-Mehrab kənd tam orta məktəbinin direktoru Sinduz Cəfərova yol verdiyi ciddi nöqsanlara görə məktəbin direktoru vəzifədən azad edilib.
Qeyd olunan qərarla razılaşmayan Sinduz Cəfərova Naxçıvan Şəhər Məhkəməsinə müraciət edib.
Naxçıvan Şəhər Məhkəməsi tərəfindən müvafiq əmrin ləğvi, eləcə də Sinduz Cəfərovanın Şərur rayon Muğancıq-Mehrab kənd tam orta məktəbinin direktoru vəzifəsinə bərpası barədə qətnamə qəbul edilib.
Məhkəmənin qətnaməsinə əsasən, Sinduz Cəfərova Muğancıq-Mehrab kənd tam orta məktəbinə direktor vəzifəsinə bərpa edilib.
Qeyd edək ki, Sinduz Cəfərovanın məktəbə direktor vəzifəsinə bərpa olunmasına etiraz olaraq məktəbin bir qrup müəllimi məktəbdə tədris prosesi zamanı etiraz videosu çəkib. Həmin video bəzi internet kanallarında və sosial şəbəkələrdə paylaşılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 03 Dekabr 2025 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















