Icma.az
close
up
RU
Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram

Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məktəblərdə "Son zəng" artıq yaxınlaşır. "Son zəng" isə yaxınlaşması ilə yenə də özü ilə problemlər gətirir. Ən əsas problem isə "Son zəng" zamanı şagirdlərdən məktəb rəhbərliyi tərəfindən yığılan pul problemidir. Eyni zamanda tədbir zamanı bayağı musiqilər səslənir, rəqslər, qız məzunların yarıçılpaq geyimləri müzakirələrə səbəb olur...

Mövzu barədə təhsil eksperti Elşən Qafarov Redaktor.az-a açıqlamasında bildirdi ki, "Son zəng"lə bağlı problemlər hər il eyni vaxtda baş verir.

"Mart ayının sonunda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi adından bir məlumat yayıldı ki, "Son zəng"lə bağlı ancaq milli musiqilər səslənsin, məktəbli geyimi olsun və s. Həqiqəti əks etdirsəydi, çox doğru qərar olacaqdı. Çox təəssüf olsun ki, bir neçə gündən sonra Agentlik elan etdi ki, belə bir təlimat verməmişik. Biz də sevinmişdik ki, bir dəfə düzgün təlimat verəcəklər. Nə qədər ki, məktəblərdə "Son zəng"in keçirilməsi ilə bağlı doğru-dürüst təminat verilməyəcək, bu problemlər olacaq. Bunun üçün Məktəbəqədər və Ümumi Təhsil Agentliyi məktəblərə təlimat göndərməlidir. "Son zəng" tədbiri saat neçədə başlamalıdır, tədbir zamanı şagirdlər məktəbli formasında olmalıdır, musiqi yalnız milli musiqilərdən seçilməlidir, rəqslər milli musiqilərə uyğun olmalıdır".

Ekspert bildirdi ki, tələbləri pozan direktorlar ciddi cəzalandırılmalıdır:

"Dekorasiya ancaq təbii və sadə olmalıdır. Hər məktəbin infrastrukturuna və gücünə görə müəyyənləşdirilməlidir. Xüsusi bər-bəzəklər qadağan olunmalıdır. Biz görürük ki, bu addımlar atılsa, məktəblərdə problem olmaz. Çox təəssüf olsun ki, biz məsələni məktəb direktorlarının ixtiyarına buraxırıq. Problem təkcə 207 nömrəli məktəbdə deyil, bütün məktəblərdə problem var. "Son zəng" günü istənilən şəhər məktəbinə yaxınlaşıb görmək olar ki, dekorasiya 1000 manatdan yuxarıdır. Hardandır? Təbii ki, pul uşaqlardan yığılıb. Xüsusi geyimlərin, bəzən yarıçılpaq geyimlərin olması, yaşa uyğun olmayan makiyajlardan istifadə edilməsi, müəllimlərə, direktorlara xüsusi hədiyyələrin alınması daha nələr, nələr".

E.Qafarovun sözlərinə görə, baş verənlər şəhər məktəblərinin əksəriyyətində var:

"Bir çox hallarda təşəbbüsü valideynlər və məktəb rəhbərləri qaldırır. Nəticədə bu biabırçılıqlar yaşanır. "Son zəng" “soyğunçu” bir günə çevrilir. Məsələn, bilirəm ki, elə adamlar var ki, "Son zəng" tədbirinə uşağı üçün xərclədiyi vəsaitin bir neçə ay borcunu vermək məcburiyyətində qalır. Bu nə dərəcədə doğrudur? Bu baxımdan bütün bunların çox sadə bir həll yolu var. Təhsilimizdə o qədər problem, biabırçı hallar var ki, bəzən oturub biz məktəbləri, müəllimləri qınayırıq. Məsələn, 207 nömrəli məktəbin direktorunun işdən azad olması nəyi həll etdi? Heç nəyi həll etmədi. Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram. Amma bizdə belə deyil. Bilərəkdən bu şərait yaradılır və bilərəkdən məktəblər, müəllimlər qınaq obyektinə çevrilir. Bu qədər çətindir ki, 10 cümləlik təlimat göndərəsən məktəblərə ki, "Son zəng" başlayandan bitənə qədər tədbir bu formada olacaq? Bununla da bütün problem həll olunacaq".

Müsahibimiz qeyd etdi ki, kənd məktəblərində bu problem yoxdur və ya minimum səviyyədədir.

"Ən böyük problem şəhər məktəblərindədir. Bu problemin kökü mütləq Elm və Təhsil Nazirliyidir. Bu gün mayın 13-üdür. Bu gün də təlimat vermək olar, hələ bir ay qalıb. Problemin həll olunmasını Elm və Təhsil Nazirliyi və ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi istəyirmi? İstəyirsə, məktəblərə 10 cümləlik təlimat göndərsin. Görünən odur ki, vəziyyətin belə olmasında maraqlı Elm və Təhsil Nazirliyidir, başda Emil Əmrullayev olmaqla. Məsələ odur ki, problemi həll etmək istəmirlər. Nəticədə cəmiyyətdə bu kimi neqativ hallar ortaya çıxır. Məktəb və müəllim mənfi mənada müzakirə olunur və nüfuz aşağı düşür. Cəmiyyətdə ciddi mənəvi boşluqlar yaranır", - deyə Elşən Qafarov vurğuladı.

Qeyd edək ki, bir neçə gün öncə sosial şəbəkələrdə Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibliyə məxsus səs yazısı yayılmışdı. Səs yazısında o, “Son zəng” üçün pul yığılmasını və pul verməyən şagirdlərin tədbirdə iştirakına icazə verilməyəcəyini qeyd edirdi.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 May 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri