Norris: “Red Bull”un Ferstappeni dəstəkləyəcək ikinci sürücüsü yoxdur”
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“McLaren” pilotu Lando Norris “Red Bull” sürücüsü Maks Ferstappenlə titul uğrunda mübarizəsindən danışıb.
İdman.Biz bildirir ki, “Formula-1”də pilotlar sıralamasında Norris 357 xalla birinicidir.
Onun komanda yoldaşı Oskar Piastrinin 356 xalı var. Üçüncü yerdə olan Ferstappen 321 xal toplayıb.
“İnsanlar istədiklərini deyə bilərlər, hər kəsin bunu etmək hüququ var. Amma mən “papaya qaydaları”nın bizə mane olacağı ilə razı deyiləm. Düşünmürəm ki, komanda strategiyası mövsüm ərzində bizə mane olub. Əlbəttə ki, insanlar başqa cür deyəcəklər. İnsanlar mübahisə yaratmağı sevirlər.
Bu il komanda olaraq çox inkişaf etmişik, çünki yaxşı çıxış edən iki pilotumuz var. Buna görə də artıq Konstruktorlar Çempionatını qazanmışıq. “Red Bull” çempionluq uğrunda mübarizə aparır, amma Maks Ferstappeni dəstəkləyəcək ikinci pilotu yoxdur. Komanda olaraq yaxşı çıxış edirik. Və çempionluq səviyyəsində yarışmağa davam edəcəyik”, - Norris bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 01 Noyabr 2025 22:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















