Northrop Grumman ın “Talon Blue” pilotsuz döyüş təyyarəsi ilk uçuşunu həyata keçirib
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
ABŞ-ın Northrop Grumman şirkətinin hazırladığı və rəsmi olaraq YFQ-48A adı verilən “Talon Blue” pilotsuz döyüş təyyarəsi ilk uçuşunu həyata keçirib.
Pilotsuz təyyarə Northrop Grumman şirkətinin tərkibinə daxil olan və eksperimental uçuş aparatlarının hazırlanması üzrə ixtisaslaşan Scaled Composites şirkətinin yerləşdiyi “Mojave Air and Space Port” aerodromu üzərində uçuş həyata keçirib. “Talon Blue” təyyarəsi də məhz Scaled Composites tərəfindən hazırlanıb.
"Northrop Grumman"ın məlumatına görə, YFQ-48A Talon Blue ilk tam avtonom uçuşunu həyata keçirib. Uçuş çərçivəsində təyyarənin yerüstü hərəkəti, havaya qalxması, havada manevrlər etməsi və enişi insan müdaxiləsi olmadan yerinə yetirilib.
“Talon Blue” modul konstruksiyanı müasir istehsal texnologiyaları ilə birləşdirir. Bu yanaşmanın təyyarələrin istehsalını sürətləndirməyə və onların maya dəyərini azaltmağa, eyni zamanda döyüş imkanlarını qorumağa imkan verdiyi bildirilir.
Şirkətin açıqlamasına görə, ilk avtonom uçuş "Northrop Grumman"ın avtonom sistemlər sahəsində 70 illik təcrübəsinin və həyata keçirilmiş 500 mindən çox avtonom uçuş saatının nəticəsidir.
“Talon Blue” Northrop Grumman tərəfindən maliyyələşdirilən “Talon” layihəsinin bir hissəsidir. Layihənin əsas məqsədi istifadəyə hazır avtonom aviasiya sistemlərinin hazırlanmasını sürətləndirməkdir.
Təyyarənin konstruksiyasında tətbiq olunan yeni yanaşmalar detalların sayını və ümumi çəkini azaltmağa, istehsal xərclərini aşağı salmağa və istehsal prosesini sürətləndirməyə imkan verib. Şirkət bunun avtonom aviasiya sistemlərinə artan tələbatın qarşılanmasına xidmət etdiyini bildirir.
“Talon Blue” konstruksiyası müxtəlif döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün uyğunlaşdırılmaq imkanını nəzərdə tutur. Yuxarı hissədə yerləşən havaqəbuledici, geniş şassinin təkər bazası və gövdəyə inteqrasiya edilmiş silah bölməsi təyyarənin ABŞ və onun müttəfiqlərinin maraqlarına uyğun müxtəlif missiyalarda istifadəsinə imkan verə bilər.
“Talon Blue” pilotsuz aviasiya sistemləri bazarında rəqabətin sürətlə artdığı bir mərhələdə təqdim olunur. Təyyarənin əsas potensial tətbiq sahələrindən biri ABŞ Hərbi Hava Qüvvələrinin pilotsuz sistemlərin satın alınmasını nəzərdə tutan növbəti proqram mərhələsi – “Increment 2” hesab olunur.
Bu proqram çərçivəsində yüzlərlə pilotsuz uçuş aparatının alınması nəzərdə tutulur. Bununla belə, “Increment 2” mərhələsi üzrə təyyarələrə dair konkret tələblər hələ yekun şəkildə müəyyən edilməyib.
S.ELAY
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 04 Oktyabr 2026 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















