Norveç hakimiyyəti Rusiyaya məxus gəmini saxladı
Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.
Norveç hakimiyyəti Şpitsbergen əyalətinin Barentsburq şəhərində lövbər salmış Rusiyaya məxus "Professor Molçanov" gəmisinə həbs qoyub.
Teleqraf xəbər verir ki, bu addım Ukraynanın "Naftogaz" şirkəti tərəfindən qaldırılan 4,2 milyard dollarlıq iddianın bir hissəsi olaraq avqustun 31-də Nord-Troms Rayon Məhkəməsinin qərarı ilə atılıb.
Gəminin qubernator və ya məhkəmə tərəfindən əlavə bildiriş alınana qədər lövbər salma yerlərini tərk etməsi qadağandır.
Şpitsbergen qubernatoru Lars Fause bildirib ki, gəminin heyəti və sərnişinlərinə Rusiyaya qayıtmaqda kömək göstəriləcək.
"Naftogaz" iddia edir ki, gəmiyə qoyulan həbs Haaqa Arbitraj Məhkəməsi tərəfindən şirkətin Krımdakı aktivlərinin itirilməsi ilə bağlı müəyyən edilmiş Rusiyadan 4,2 milyard dolların geri qaytarılması ilə bağlıdır.
Gəminin saxlanılması 2 sentyabrda elan edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 03 Sentyabr 2026 09:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















