Norveç Kiyevə dronlar və pilotsuz sistemlər üçün 1,2 milyard dollar ayıracaq
Oxumeni.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Norveç 2026-cı ildə Kiyevə dron və muxtar sistemlərin alınması üçün 1,2 milyard dollar ayıracaq. Bu, ümumi 8,5 milyard dollarlıq yardım paketinin ən böyük xərc maddəsi olacaq. Bu barədə hökumətin mətbuat xidməti məlumat verib.
Məbləğin əsas hissəsi - 7 milyard dollar - hərbi yardım şəklində təmin ediləcək, qalan 1,5 milyard dollar isə mülki məqsədlər üçün ayrılacaq.
"Ukraynalılar nəyə ehtiyac duyduqlarını ən yaxşı bilirlər. Ukrayna hakimiyyəti ilə fəal məsləhətləşmələrdən sonra hökumət artıq 2026-cı ildə hərbi yardımın ayrılması barədə qərar verib. Vəsaitlər Ukrayna üçün ən böyük təsir göstərəcək sahələrə yönəldiləcək", - deyə mətbuat xidməti çərşənbə axşamı Ukraynaya səfərə yola düşən Baş nazir Yonas Qar Stördən sitat gətirib.
Pilotsuz təyyarələr və muxtar sistemlərlə yanaşı, hərbi hissədə üstünlük hava hücumundan müdafiə sistemlərinə, artilleriya sursatlarına və Ukrayna qoşunlarının təlim və təhsilinə veriləcək. Bu məqsədlər üçün ümumi xərclər 4 milyard dollardan çox olacaq. Baş nazir izah etdi ki, tərəflər zəruri hallarda bu planları dəyişdirə biləcəklər.
Əziz MUSTAFA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 24 Fevral 2026 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















