Icma.az
close
up
RU
Norveç Nobel Komitəsinə 20 Yanvar faciəsi ilə bağlı bəyanat ünvanlanıb

Norveç Nobel Komitəsinə 20 Yanvar faciəsi ilə bağlı bəyanat ünvanlanıb

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 30 yanvar, AZƏRTAC

İsveçdə fəaliyyət göstərən "Qobustan - Azərbaycan Aydınlar Ocağı" dərnəyinin təşkilatçılığı ilə keçirilən "Qanlı 20 Yanvar" adlı videokonfransın yekununda Norveç Nobel Komitəsinə ünvanlanan bəyanat qəbul edilib.

Diasporla İş üzrə dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, sözügedən bəyanat videokonfransın 100-dən çox iştirakçısı – "Qobustan - Azərbaycan Aydınlar Ocağı"nın üzvləri, Azərbaycan diaspor fəalları, 20 Yanvar şəhidlərinin ailə üzvləri və veteranları tərəfindən Norveç Nobel Komitəsinin sədri Jorgen Vatne Frydnesə və Komitənin üzvləri - Asle Tojeyə, Anne Engerə, Kristin Klemetə, Qry Larsenə ünvanlanıb.

Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Mixail Qorbaçova 1990-cı ilin oktyabrında Norveç Nobel Komitəsi tərəfindən verilən Nobel Sülh Mükafatına etirazın yer aldığı bəyanatda 1990-cı il 20 Yanvar qətliamında əli Azərbaycan xalqının qanına bulaşmış Mixail Qorbaçova Nobel Sülh Mükafatının verilməsinin ədalətsiz qərar olduğu diqqətə çatdırılıb.

Sənəddə, həmçinin 20 Yanvar faciəsini törədən cinayətkarların məsuliyyətə cəlb edilməsi üçün kifayət qədər hüquqi əsasın olduğu bildirilib, onların BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın və digər beynəlxalq hüquqi konvensiyaların tələblərini pozduğu qeyd olunub.

Bəyanatda dünya ictimaiyyətinin ədalətə inamı və Nobel Sülh Mükafatının mənəvi nüfuzunun güclənməsi baxımından Mixail Qorbaçovun bu mükafatdan məhrum olunmasının əhəmiyyəti vurğulanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Yanvar 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri