Icma.az
close
up
RU
Norveç paytaxtında Konstitusiya Günü qeyd olunur

Norveç paytaxtında Konstitusiya Günü qeyd olunur

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Stokholm, 17 may, AZƏRTAC

Bu gün Norveç ənənəvi olaraq uşaq bayramı hesab edilən Konstitusiya Gününü qeyd edir.

AZƏRTAC xəbər verir ki, bütün ölkədə nəfəsli orkestrin müşayiəti ilə uşaqların yürüşləri keçirilib. Minlərlə insan Norveç bayraqları ilə küçələrə çıxıb və Osloda ən yaddaqalan hadisə 120 məktəbin iştirak etdiyi Karl Yuhan küçəsi ilə yürüş olub. İştirakçılar kral ailəsinin balkondan onları salamladığı Kral sarayının yanından keçiblər.

Mayın 17-də, səhər saatlarında Norveç Kralı V Harald, Kraliça Sonya, vəliəhd şahzadə Haakon, vəliəhd Mette-Marit və şahzadə Sverre Maqnus balkona çıxıblar. Vəliəhd Mette-Marit saray balkonunda oksigen balonu dəstəyi altında görünüb. Təxminən bir saatdan sonra o, istirahət etmək üçün mərasimi tərk etməli olub.

Vəliəhd xroniki ağciyər fibrozundan əziyyət çəkir. Norveç mediası əvvəllər həkimlərin onu mümkün ağciyər nəqli üçün hazırlamağa başladığını bildirmişdi. O, bu il uzun müddətdən sonra bayramlar zamanı ənənəvi milli geyimindən də imtina edib.

Bayramın daha bir ənənəvi məkanı əsas yürüşün keçirildiyi və Norveçin biznes elitası nümayəndələrinin hər il toplaşdığı “Grand Hotel Oslo” olub.

Hər il norveçli milyarder Kristian Rinqnes burada qonaqlar üçün təntənəli qəbul təşkil edir. Lakin builki bayram otel- restoran işçilərinin tətili fonunda baş tutub. Norveç mediasının məlumatına görə, bir çox qonaq otelə çantalar, səyyar soyuducular və öz yeməkləri ilə gəlib.

Nərgiz Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 May 2026 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri