Icma.az
close
up
RU
Norveç polisi Oslonun mərkəzində törədilən partlayışı təhqiq edir

Norveç polisi Oslonun mərkəzində törədilən partlayışı təhqiq edir

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 24 sentyabr, AZƏRTAC

Norveç polisi Oslonun mərkəzində baş verən partlayışla bağlı təhqiqat aparıldığını və daha sonra hadisə yerində tapılan ikinci partlayıcı qurğunun nəzarətli şəkildə işə salındığını bildirib.

AZƏRTAC xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. İnsident universitet şəhərciyinin yaxınlığında və kral sarayı ilə İsrail səfirliyinin təxminən 500 metrliyində baş verib.

“Reuters” xəbər verir ki, səlahiyyətlilər Oslo sakinlərinin cib telefonlarına təcili mesaj göndərib və partlayışla bağlı xəbərdarlıq ediblər.

Hadisə yerində növbətçi olan polis zabiti Brayan Skotnesin sözlərinə görə, həmin ərazidə tapılan ikinci qurğunun “hərbi təyinatlı” əl qumbarası olduğu müəyyən edilib. O əlavə edib: “Biz bir şübhəli şəxsi saxlamışıq və əlavə məlumatlar əsasında digər şəxsləri axtarırıq. Fərziyyəmiz budur ki, cinayətkarlar əlbir olduqları digər şəxslərə qarşı sui-qəsd hazırlayır, bununla bağlı heç bir versiya istisna edilmir”.

Polis zabiti əlavə edib ki, hazırda ərazi təhlükəsizdir.

TV2 və gündəlik "Aftenposten" qəzetinin adı açıqlanmayan mənbələrə istinadla verdiyi məlumata görə, polis 13 yaşlı uşağı saxlayıb. Polis şübhəlinin yaşı ilə bağlı şərh verməkdən imtina edib.

Hadisə Oslo və Kopenhagen hava limanları yaxınlığında pilotsuz uçuş aparatlarının görünməsi xəbərindən bir gün sonra baş verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Sentyabr 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri