Norveç şahzadəsinin oğluna qarşı dörd təcavüz ittihamı irəli sürüldü
Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Norveçin vəliəhd şahzadəsi Metta-Maritin oğlu Marius Borq Höybiyə qarşı 32 bənd üzrə ittiham irəli sürülüb, o cümlədən dörd qadına təcavüzdə günahlandırılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə 18 avqustda baş prokuror Sturla Henriksbo mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, digər ittihamlar arasında zorakılıq aktları, şəxsi azadlığın pozulması, icazəsiz videoçəkiliş və digər əməllər var.
Höybi 2024-cü ilin avqustunda sevgilisinin mənzilində həbs olunub. Onun zorakılıqda və əmlakın zədələnməsində şübhəli bilindiyi bildirilir. O, spirtli içki və narkotik maddələrin təsiri altında qadına hücum etdiyini və əşyalarını qəsdən sındırdığını etiraf edib. İstintaq prosesində bir neçə təcavüz də daxil olmaqla əlavə ittihamlar ortaya çıxıb.
Marius Borq Höybi 1997-ci ildə Metta-Maritin təsadüfi münasibətindən sonra dünyaya gəlib. Onun atası Morten Borq narkotik alverinə görə məhkum edilib. 2001-ci ildə Metta-Marit şahzadə Hakonla ailə həyatı qurub. Hazırda Hakon Norveç taxtının varisidir. Höybi isə rəsmi olaraq kral ailəsinin üzvü sayılmır.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 18 Avqust 2025 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















