Norveç Sərvət Fonundan 6 ilin ən yaxşı rüblük nəticəsi
Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Norveç Sərvət Fonundan 6 ilin ən yaxşı rüblük nəticəsi.
Banco.az xəbər verir ki, “Norges Bank Investment Management” tərəfindən idarə olunan 2,3 trilyon dollarlıq fond ikinci rübdə 11,5 faiz gəlir əldə edib. Bu, 2020-ci ilin ikinci rübündən bəri qeydə alınan ən yaxşı nəticə olub.
Səhm yatırımları 16 faizlik gəlirlə qazancın əsas hərəkətverici qüvvəsi olub, sabit gəlirli qiymətli kağızlar isə 1,1 faizlik gəlir təmin edib. Birjada açıq şəkildə satılmayan daşınmaz əmlak və infrastruktur yatırımları isə rüb ərzində 1,8 faiz gəlir gətirib.
Fondun baş icraçı direktoru Nikolay Tanqen bildirib: “Nəticə səhm bazarındakı, xüsusilə də Asiya texnologiya şirkətlərinin səhmlərindən əldə olunan yüksək gəlirlərlə bağlıdır.”
Dünya üzrə birjalarda satılan bütün səhmlərin təxminən 1,5 faizinə sahib olan fond süni intellektlə əlaqəli şirkətlərə investisiya yatıran dünyanın ən böyük investorlarından birinə çevrilib. Birinci yarımilin sonuna fondun portfelində ən böyük paya malik şirkət “Nvidia” olub. Onu “Microsoft” və “Apple” izləyib.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 12 Avqust 2026 22:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















