Norveç təyyarəsi Heydər Əliyev Aeroportuna təcili eniş etdi
Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Norveçin "Norse Atlantic Airways” aviaşirkətinin Brno–Phuket reysini yerinə yetirən hava gəmisinin kapitanı yanacaq doldurmaq zərurəti ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Bu barədə Qaynarinfo-ya Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.
"Boeing 787” təyyarəsi yerli vaxtla saat 07:55-də uğurla Bakı aeroportuna eniş edib. Marşrutun dəyişdirilməsi nəticəsində uçuş müddətinin uzanması səbəbindən komandir yanacaq doldurma qərarına gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportu yanacaq doldurulması və reysin davam etdirilməsi üçün bütün zəruri şəraiti operativ şəkildə təmin edib.
Baxış sayı:77
Bu xəbər 15 Noyabr 2024 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















