Norveç vəliəhdinin oğlu elektron bilərziklə nəzarət altında saxlanmasını xahiş edib
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Stokholm, 6 may, AZƏRTAC
Qırx maddə, o cümlədən zorlama və yaxın münasibətlərdə zorakılıq üzrə ittiham olunan Norveç vəliəhdi Mette-Maritin oğlu Marius Borq Höybi onu elektron bilərziklə Skauqum iqamətgahında nəzarət altında saxlamağı xahiş edib. O, fevralın 2-dən təcridxanada saxlanılır və təkrar hüquqpozmaların baş verəcəyini nəzərə alan məhkəmə Höybini azadlığa buraxmayıb.
AZƏRTAC xəbər verir ki, məhkəmə prosesi martın 19-da başa çatıb və hökmün iyun ayında çıxarılacağı gözlənilir. Höybi o vaxta qədər həbsdə qalacaq. Prokuror ona yeddi il yeddi ay həbs cəzası verilməsini tələb edir.
Norveçdə nəzarət altında saxlanma üçün elektron monitorinq sistemi nadir tədbirdir. Penitensiar Xidmətin məlumatına görə, aprelin 30-na olan statistik rəqəmlərdə 796 nəfərdən yalnız 12-sinin elektron bilərziklə nəzarət altında olduğu bildirilir. Sistem ötən ilin avqust ayında tətbiq edilib. O vaxtdan bəri 44 təqsirləndirilən şəxs bu saxlanma formasına icazə alıb və məhkəmə tərəfindən nəzərə alınan uyğunluq qiymətləndirməsi üçün 140 müraciət təqdim edilib.
Nərgiz Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
Baxış sayı:173
Bu xəbər 06 May 2026 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















