Icma.az
close
up
RU
Norveçin yeni Baş naziri: Ölkə etibarlı enerji təchizatçısı olaraq qalmalıdır

Norveçin yeni Baş naziri: Ölkə etibarlı enerji təchizatçısı olaraq qalmalıdır

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 9 sentyabr, AZƏRTAC

Norveç neft və qaz yataqlarının kəşfini davam etdirməli və Avropada etibarlı enerji təchizatçısı olaraq qalmalıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə çərşənbə axşamı yenidən Baş nazir seçilən Yonas Qar Störe bəyan edib. O, bununla belə, Yaşıllar Partiyasının dəstəyinə də ehtiyacı olduğunu bildirib.

Hökumətdə azlıq təşkil edən Leyboristlər partiyası bazar ertəsi az fərqlə ikinci müddətə qələbə qazanıb. Eyni zamanda, populist sağçı qüvvələr də Norveç seçkiləri tarixində ən yüksək nəticəyə nail olub. Seçkilərdə əsasən bahalaşma, həmçinin Ukraynada və Qəzza sektorunda müharibələrə dair narahatlıqlar ön planda olub.

Solçu qüvvələrin qələbəsindən sonra əsas diqqət beş partiyadan ibarət və “tutti-frutti koalisiyası” adlandırılan sərbəst blokun ölkənin maliyyə siyasətini, neft-qaz hasilatını və 2 trilyon dollarlıq suveren dövlət rifah fondunu necə idarə edəcəyinə yönəlib.

Leyboristlərin ölkəni təkbaşına idarə edəcəkləri və azlıq hökuməti formalaşdıracaqları gözlənilir. Bu, Norveç parlamentinin dördillik sabit səlahiyyət müddəti hesabına mümkündür. Parlament vaxtından əvvəl buraxıla və ya erkən seçkilər elan oluna bilməz, bu isə partiyaları müəyyən olunmuş müddət ərzində kompromis axtarmağa məcbur edir.

Yaşıllar Partiyası Norveçin neft sənayesinin mərhələli şəkildə azaldılmasını və geoloji-kəşfiyyat işlərinin dərhal dayandırılmasını istəyir. Sosialist Solçu Partiyası və radikal solçu Qırmızı Partiya da sənayenin miqyasının azaldılmasına çalışır.

Lakin Leyboristlər Partiyası və aqraryönümlü Mərkəzçi Partiya, həmçinin əsas sağçı qüvvələr neft və qaz yataqlarının kəşfini davam etdirməyin tərəfdarıdır.

Störe və Leyboristlər Partiyası üçün ilk ciddi maneə bütün beş solçu partiyanın razılığı ilə qəbul ediləcək 2026-cı il dövlət büdcəsi olacaq.

Störe əlavə edib ki, Norveç Avropaya təbii qazın üçdəbirini tədarük etdiyindən, ölkə karbohidrogen yataqlarının kəşfini davam etdirməlidir.

“Biz etibarlı tərəfdaş olaraq qalacağıq, eyni zamanda, texnoloji addımlar atmaqda davam edəcək, emissiyaları azaldacaq və iqlim dəyişikliyi ilə mübarizə üzrə öhdəliklərimizi yerinə yetirəcəyik”, – deyə o vurğulayıb.

Baş nazir, həmçinin seçkiqabağı vədini təkrarlayaraq bildirib ki, Norveçin NATO-ya üzvlüyü, üzvü olmadığı Avropa İttifaqı ilə sıx tərəfdaşlığı və iqtisadiyyatın məsuliyyətli idarə olunması məsələlərində heç bir kompromisə gedilməyəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Sentyabr 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri