Icma.az
close
up
RU
Norveçli yazıçı Bakıda oxucularla görüşüb

Norveçli yazıçı Bakıda oxucularla görüşüb

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Simon Strangerlə oxucuların görüşü keçirilib.

XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində tanınmış norveçli yazıçı Simon Strangerlə oxucuların görüşü keçirilib. AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, tədbirdə yazıçı oxucuları salamlayaraq onlarla səmimi söhbət edib, həyatı, yaradıcılığı, ədəbi fəaliyyəti, eləcə də əsərlərinin yaranma tarixçəsi barədə danışıb.

Görüş zamanı Simon Stranger bildirib ki, yazıçı olmaq onun uşaqlıq illərindən ən böyük arzularından biri olub. Müəllif ilk romanının ərsəyə gəlmə prosesindən, yazıçılığa başladığı dövrdə qazandığı təcrübələrdən və yaradıcılıq yolunda qarşılaşdığı çətinliklərdən bəhs edib. O, həmçinin uşaqlıq xatirələrini bölüşərək həyatının müxtəlif dövrlərinin ədəbi yaradıcılığına təsirindən söz açıb.

Yazıçı qeyd edib ki, indiyədək 23 kitabı nəşr olunub və əsərləri dünyanın 34 dilinə tərcümə edilib.

Tədbir çərçivəsində müəllifin yaradıcılığına maraq göstərən oxucularla fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Simon Stranger müasir Norveç ədəbiyyatının tanınmış nümayəndələrindən biridir. O, həm böyüklər üçün romanların, həm də uşaq və yeniyetmələr üçün nəzərdə tutulmuş əsərlərin müəllifidir. Yazıçının kitabları müxtəlif ölkələrdə geniş oxucu auditoriyası qazanıb.

Müəllifin 2018-ci ildə qələmə aldığı və Holokost mövzusundan bəhs edən “Onların adlarını söyləməyə davam edin” (Keep Saying Their Names) romanı ona beynəlxalq şöhrət qazandırıb. Simon Stranger bu əsərinə görə Norveçin nüfuzlu Kitabçılar Mükafatına (Bokhandlerprisen) layiq görülüb.

Simon Strangerin əsərləri “Qanun” nəşriyyatı tərəfindən Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub. Onun “Qaranlıq və işıq” və “Qatillər və xilaskarlar muzeyi” kitabları artıq Azərbaycan oxucularına təqdim edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://ayna.az
archiveBu xəbər 22 Oktyabr 2026 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see304

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see292

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see279

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see267

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see265

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see264

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see243

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see239

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see238

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see237

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see232

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see228

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see225

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see224

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see221

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see215

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see213

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see213

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see201

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri