Novak Cokoviç Böyük Dəbilqə turnirlərində yeni rekord müəyyənləşdirib
Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Serbiyalı tennisçi Novak Cokoviç "Böyük Dəbilqə" turnirlərində keçirdiyi oyunların sayına görə yeni rekord müəyyənləşdirib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Avstraliya Açıq çempionatının ikinci mərhələsində portuqaliyalı Xayme Faria ilə görüş məşhur tennisçi üçün 430-cu olub.
O, bu səviyyəli yarışlarda 429 oyun keçirmiş isveçrəli Roje Federerin rekordunu qırıb. Serbiyalı idmançının "Böyük Dəbilqə" turnirlərində 380 qələbəsi var və bu göstəriciyə görə də liderdir.
37 yaşlı tennisçi hazırda dünya reytinqində yeddincidir. O, Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) himayəsi altında keçirilən turnirlərin 99-da birinci olub, həmçinin "Böyük Dəbilqə" turnirlərinin 24 qat qalibidir.
N.Cokoviç Yay Olimpiya Oyunlarının qalibi (2024), Olimpiadanın bürünc mükafatçısı (2008) və "Devis Kuboku"nun sahibidir (2010). O, dünya reytinqinin lideri kimi keçirdiyi həftələrin sayına (428) görə mütləq rekorda malikdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 15 Yanvar 2025 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















