Novak Cokoviç karyerasının 101 ci titulunu qazandı
Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
Serbiyalı tennisçi Novak Cokoviç Afina şəhərində keçirilən Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) turnirinin finalında italiyalı Lorenso Muzettini məğlub edib.
Lent.az xəbər verir ki, gərgin keçən görüş 4:6, 6:3, 7:5 hesabı ilə Cokoviçin xeyrinə başa çatıb.
Bu qələbə Cokoviç üçün karyerasında 101-ci titul olub. O, Açıq dövr (peşəkar və həvəskar tennisin ayrıldığı dövrün başa çatmasından sonrakı mərhələ) üzrə qazanılmış titul sayına görə üçüncü yerdə qərarlaşıb.
Siyahıya 109 titul qazanan amerikalı Cimmi Konnors başçılıq edir, ikinci yerdə isə 103 titul sahibi olan isveçrəli Rodcer Federer qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:Novak Cokoviç 100 cü titulunu qazandı
24 May 2025 23:36
Novak Cokoviç Monakoda karyerasının 100 cü titulu uğrunda mübarizə aparacaq
07 Aprel 2025 12:54
Novak Cokoviç məşqçisi ilə yolları ayırdı
13 May 2025 16:17
Novak Cokoviç bəyəndiyi futbolçunun adını açıqlayıb
06 Dekabr 2024 10:02
Novak Cokoviç yarımfinalda Yannik Sinnerlə qarşılaşacaq
10 İyul 2025 01:27
Baxış sayı:107
Bu xəbər 08 Noyabr 2025 22:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















