Novak Cokoviçdən qadın tennisçilərə xəbərdarlıq: “Məsləhət görmürəm”
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Dünya tennisinin əfsanəsi, 24 qat “Böyük Dəbilqə” turnirlərinin qalibi Novak Cokoviç qadın tennisçilərin də beş setlik sistemlə mübarizə aparması təklifinə münasibət bildirib.
İdman.Biz xəbər verir ki, mətbuat konfransı zamanı Kreyq Taylinin yanvar ayında səsləndirdiyi bu təklifə Cokoviçin cavabı qısa və kəsrin olub: “Məsləhət görmürəm (gülür)”.
Təcrübəli tennisçi beş setlik matçların idmançıdan tamamilə fərqli hazırlıq tələb etdiyini qeyd edib:
“Beş setlik oyunların keçirildiyi “Böyük Dəbilqə” turnirlərinə hazırlaşmaq tam başqa bir dünyadır. Bu, həm fiziki, həm də mental olaraq tam fərqli bir tura hazırlaşmaq deməkdir. Çünki bəzi matçlar 3, 4, 5, hətta 6 saat davam edə bilər”.
Cokoviç öz karyerasından misal gətirərək, bu gərginliyin bədənə olan təsirini xatırladıb:
“Mən tarixin ən uzunmüddətli finalını oynamışam - 2012-ci ildə Avstraliyada Nadal ilə qarşılaşmamız təxminən altı saat çəkmişdi. Bu, inanılmaz dərəcədə tükəndirici və ağırdır. Yaxınlarda Sinnerlə də beş saata yaxın mübarizə apardım. 2012-ci ildə bədənim belə marafonlardan sonra daha tez bərpa olunurdu, nəinki indi. Arada bir günlük istirahət olsa da, 4-5 saatlıq “döyüş”dən sonra növbəti çağırışa hazır olmaq çox çətindir. Turnirin sonuna yaxınlaşdıqca fiziki yorğunluq daha da artır”.
Novakın fikrincə, qadın tennisində bu sistemin tətbiqi idmançıların sağlamlığı və oyun keyfiyyəti baxımından ciddi risklər yarada bilər.
Baxış sayı:174
Bu xəbər 09 Mart 2026 02:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















