Novak: “Rusiya Avropaya təbii qaz tədarük etməyə hazırdır”
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Rusiya hələ də “Şimal axını 2” ilə Avropaya təbii qaz tədarük etməyə hazırdır.
"Cebheinfo.az" "Sputnik News"a istinadən xəbər verir ki, Novak açıqlamasında "Şimal axını 2" qaz kəmərinin gələcəyi ilə bağlı sualı belə cavablandırıb:
"Aydındır ki, müvafiq infrastruktur vasitəsilə qaz almaq Almaniya və Avropa istehlakçılarının seçimidir. Bunun müqabilində Rusiya qazı tədarük etməyə hazırdır, avropalı alıcılar tərəfindən də maraq olarsa, biz də mövcud infrastruktur vasitəsilə qaz verməyə hazır olacağıq".
Xatırladaq ki, “Şimal axını 2” boru kəməri Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya qədər uzanır. Boru kəmərinin ötürmə gücü ildə 55 milyard kubmetr qaz təşkil edir.
2021-ci ilin sentyabrında tikintisi başa çatan xəttin istismara verilməsi istiqamətində işlər davam edərkən 2022-ci ilin fevralında dayandırılıb.
Nigar Hacılı
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 20 İyun 2025 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















