Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Növbə artıq xalqındır

Növbə artıq xalqındır

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Siyasətin “s” hərfi ilə tanış olmayanlar belə oktyabrın 9-da Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə baş tutmuş təkbətək görüşü haqqında məlumatlıdırlar. Sözügedən görüş zamanı müşahidə etdiklərimiz memarı Prezident İlham Əliyev olan “Yeni reallığın” növbəti mənzərəsidir. Burada “memar” sözündən istifadə olunduğu üçün tənqid etməyə tələsənlərin yadına salmaq istərdik ki, hər-hansı şedevr əsər məhz mükəmməl memar səbri, bütün incəlikləri nəzərə alacaq dəqiqlik və peşəkarlıq, habelə həyatda heç kəsin görə bilmədiyini inanılmaz xəyal gücü hesabına öncədən təsəvvür etmək kimi fitri keyfiyyət və bacarıqlar bir arada olduğu zaman ərsəyə gələ bilir. Prezident İlham Əliyev ölkə və regionun yeni siyasi arxitekturasını inşa edən zaman eyniliklə dahi memar kimi sadalanan keyfiyyətləri nümayiş etdirir.

Məlum təyyarə faciəsi baş verəndən sonra hamımız bəzi demaqoqların çirkli və qərəz dolu siyasi spekulyasiyalarına şahidlik etmişdik. Əlbəttə ki, onların bu cür davranışlarının tək hədəfi Azərbaycanı yeni münaqişəyə və növbəti beynəlxalq intriqalara sürükləmək idi. Məhz səbir, peşəkarlıq və dəqiq hesablanmış diplomatik addımlar hesabına Azərbaycan bu informasiya döyüşündə də mütləq qələbəni qazandı: Rusiya rəsmi olaraq səhvini etiraf etdi, günahkarlar qanun qarşısında cəzasını çəkəcək, kompensasiyalar ödəniləcək və, nəhayət, rəsmi üzr də istənildi. Beləliklə, biz Azərbaycan xalqı olaraq növbəti dəfə ona şahidlik etdik ki, Prezident İlham Əliyevin vədləri sözü və imzası qədər dəyərli və keçərlidir.

Rusiya Prezidenti Vladimir Putin tərəfindən sözügedən görüş zamanı səsləndirilmiş növbəti fikirlərə bir daha diqqət yetirək: “Görüşümüzə daha həssas mövzu - bizim hava məkanında baş verən aviasiya faciəsi ilə başlamaq istərdim. Artıq həmin vaxt bizim aramızda birinci telefon danışığı əsnasında mən faciənin məhz Rusiya səmasında baş verdiyinə görə üzr istədim, həm də həlak olanların ailələrinə ən səmimi başsağlığı verdim. İstərdim ki, bütün bunları təkrar edim, yenidən söyləyim və qeyd edim, biz sözsüz ki, razılaşdığımız kimi, istintaqa hər cür kömək göstəririk.” Eşitdiyimiz bu son dərəcədə konkret və ifadəli sözlərdən sonra mövzu ətrafında qərəz dolu demaqogiya ilə məşğul olanların gözlərinə çox baxmaq istərdik. Əslində, onlar çoxdan özlərini ifşa ediblər, onların xisləti bəllidir və hər-hansı bir nəticə çıxara biləcəklərinə ümid belə yoxdur.

Qayıdaq bilavasitə Rusiya Prezidentinin sözlərinə: “Görüşümüzə daha həssas mövzu - bizim hava məkanında baş verən aviasiya faciəsi ilə başlamaq istərdim” – bu sözlər baş vermiş hadisənin böyük faciə olmasının etirafıdır. Digər tərəfdən isə bu sözlər ona işarə edirlər ki, ölkələrimiz arasında yaşanmış gərginliyin əsas səbəbi məhz baş vermiş hadisə idi. Vladimir Putinin: “Artıq həmin vaxt bizim aramızda birinci telefon danışığı əsnasında mən faciənin məhz Rusiya səmasında baş verdiyinə görə üzr istədim” – kimi sözləri isə beynəlxalq ictimaiyyətə yönəlmiş açıq mesajdır ki, Rusiya tərəfi faciənin ilk günündən məsələyə həssas yanaşmış və istintaq bilavasitə ölkənin rəhbərliyi tərəfindən nəzarətə alınmışdır. Görüş zamanı hadisə ilə bağlı artıq üzr istədiyini yada salan Rusiya Prezidenti bir daha qeyd etmişdir: “İstərdim ki, bütün bunları təkrar edim” – sözügedən yanaşma və bu cür ritorika artıq sadəcə diplomatik etiketin və ya hər-hansı bir protokolun təzahürləri deyil. Diplomatik etiket və protokol qaydalarına faciədən dərhal sonra riayət olunmuşdur. Rəsmi Moskvanın bu cür davranışı adi leksikondan istifadə etsək Azərbaycanın artan gücünün etirafıdır.   

Vladimir Putin Pekində hər iki dövlət başçısının arasında baş vermiş qısa görüşə də öz münasibətini bildirdi və bununla da məsələ ətrafında mətbuatda aparılan manipulyasiyalara son qoydu: “Bu yaxınlarda biz – doğrudur, Pekində hər halda qısa da olsa görüşdük.” Beləliklə, münasibətlərə xələl gətirə biləcək “əmmalar” sanki aradan qaldırıldı. Əlbəttə ki, “əmmaların” aradan qaldırılmasının əsas səbəbi məhz Azərbaycanın milli maraqlarının nəzərə alınması oldu.

Rusiya Prezidenti Vladimir Putinin bu cür ritorikasına Prezident İlham Əliyevin əsl milli liderə layiq olan cavabına da diqqət yetirək: “Beləliklə, bu informasiyaya görə bir daha təşəkkür edirəm və əminəm ki, bu gün cəmiyyətlərimizə göndərdiyiniz mesajlar da müsbət qarşılanacaq.” Dövlət başçısının bu cür nümunəvi davranışı onun göstəricisidir ki, Prezident hər zaman milli maraqlardan istinad edir və öz siyasətində Azərbaycan xalqının dəstəyinə arxalanır.

Milli həmrəylik və xalqın dəstəyi – bu iki amil Prezident İlham Əliyevin siyasətini səciyyələndirən ən önəmli keyfiyyətlərdir. Heç də uzaq olmayan tarixə nəzər yetirsək görə bilərik ki, ölkədə milli həmrəylik mühitinin yaranmasına xidmət edən siyasi dialoq ilə bağlı olan dövlətin ilk təşəbbüsləri də məhz 44 günlük müharibədən öncəyə təsadüf edir. Müharibə zamanı isə sözügedən mühit daha da inkişaf etdirilmiş, əldə olunmuş tarixi Qələbədən sonra isə zirvəyə çatmış dialoq mühiti ölkənin siyasi sistemini xarakterizə edən əsas göstəricilərdən birinə çevrilmişdir.

Xalqa arxalanmaq uzun müddət davam edən müharibəyə hazırlıq mərhələsində olub, bilavasitə müharibə zamanı isə dövlət-xalq birliyi “dəmir yumruğa” çevrilib, müharibədən sonrakı dövrdə isə həmrəylik mühiti dayanıqlı inkişafı şərtləndirən əsas amil kimi çıxış edir. Qeyd olunanlar niyə məhz milli həmrəylik mühitinin hər zaman düşmənin hədəfində olduğunu son dərəcədə aydın şəkildə göstərir. Odur ki, növbə artıq xalqındır. Müxtəlif təxribatlara yox deməklə hər bir vətəndaş milli həmrəylik mühitinin qorunmasına dair öz fərdi töhfəsini vermiş olur.

politoloq Asif Adil

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Oktyabr 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see339

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see332

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see323

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see281

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see256

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see254

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see246

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see234

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see212

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see205

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see195

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see181

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see181

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see180

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see179

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see173

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see172

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see169

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see164

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri