“Növbə bizimdir, Zəngəzura gəlirlər” İrəvanda sensasion iddia
Publika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Suriyada müstəqil dövlətin parçalanması gözümüzün qarşısında oldu. Eyni aqibəti Ermənistan da yaşaya bilər”.
Publika.az xəbər verir ki, bu barədə erməni ekspert Artur Xaçikyan deyib.
Onun sözlərinə görə, Suriyada Türkiyənin necə güclənməyə başladığı ortaya çıxdı: “Bu, Rusiya və İran üçün böyük məğlubiyyətdir. Çünki Rusiya üçün prioritet Ukraynadır. Bu, bizim üçün də çox təhlükəlidir, Rusiya Qafqazda da eyni seçimi edə, geri çəkilə bilər”.
Xaçikyan iddia edir ki, Türkiyə Suriyada hər şeyi qaydasına qoyduqdan sonra Zəngəzur hədəfinə doğru irəliləyəcək.
“Bizə deyirlər, “növbə sizindir, Zəngəzura gəlirik”. Bizim tərəfimizdə dayanan sonuncu ölkə - İran da təhlükədidir. Çünki Tramp İrana sarsıdıcı zərbələr endirə bilər. Bu isə Ermənistan üçün İranın dəstəyinin də itirilməsi deməkdir”, - erməni ekspert iddia edib.
Asif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 06 Yanvar 2025 09:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















