Növbə və texniki nasazlıq Abşeron Mərkəzi Xəstəxanasında problemlər YARADIR
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət edən vətəndaşlar arayışların verilməsi ilə bağlı ciddi növbə və texniki problemlərlə üzləşiblər.
Redaktor.az-a göndərilən şikayətə görə, sağlamlıq arayışını almaq üçün ödəniş edib çek alındığı bölmədə yalnız bir əməkdaş xidmət göstərir. Bu səbəbdən vətəndaşlar uzun növbələrdə gözləməli olurlar.
Şikayətçi bildirib ki, bu gün saat təxminən 11:00-dan 12:00-dək sistemdə problem yaranıb, internet kəsintisi səbəbindən işlər dayanıb. Sistem bərpa olunandan sonra saat 13:30-da xidmətə davam edilib, lakin 30 dəqiqə sonra nahar fasiləsi səbəbindən yenidən iş dayandırılıb.
Vətəndaş xidmətin gecikməsi və məsuliyyətsizlikdən narazılığını ifadə edərək, belə hallar üçün əlavə əməkdaşların işə cəlb edilməsinin vacibliyini vurğulayıb.
Mövzu ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq, lakin sorğumuz cavabsız qaldı.
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 06 Oktyabr 2025 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















