Icma.az
close
up
RU
Növbədə Zəngəzur dəhlizidir: Türkiyə düyməyə basır

Növbədə Zəngəzur dəhlizidir: Türkiyə düyməyə basır

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yaxın zamanda Türkiyə Ermənistana ciddi təzyiq göstərəcək. 

Erməni jurnalist Arevik Ovannisyan öz şəxsi sosial şəbəkə hesabında Azərbaycan-Ermənistan münasibətlərinə toxunarkən Türkiyənin Azərbaycanla sülh müqaviləsini imzalaması üçün Ermənistana təzyiqi gücləndirəcəyini bildirib. 

Onun sözlərinə görə, Türkiyə Yaxın Şərqlə yanaşı, Cənubi Qafqazda da təsir imkanlarını artıracaq. 

“Suriyadakı son hadisələr fonunda Türkiyədən demək olar ki, hər gün Cənubi Qafqaz və Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinin zəruriliyi ilə bağlı bəyanatlar verilir. 

Dünən Türkiyə müdafiə naziri Yaşar Gülər ölkə parlamentində çıxışı zamanı bəyan edib ki, Türkiyə tezliklə Ermənistan və Azərbaycanın razılığa gələcəyinə və Cənubi Qafqazda sabit sülhün bərqərar olacağına ümid edir. Həmçinin, o, Türkiyənin bundan sonra da “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq, Azərbaycanın yanında olduğunu söyləyib. Bir çox analitiklər Suriyadan sonra Türkiyənin diqqətini Ermənistana yönəldəcəyi qənaətindədir”, - jurnalist bildirib.

Ovannisyan hesab edir ki, Suriyadakı gərginlik fonunda Cənubi Qafqazda sakitlik Türkiyə üçün çox vacibdir:

“Türkiyənin fikrinə görə,  belə bir sakitlik Rusiya və Qərbin bölgədə təsirinin güclənməsinin qarşısını ala bilər. Buna görə də Ankara tezliklə Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasını istəyir. Beləliklə, Türkiyə Suriya məsələsi həll olunandan sonra Cənubi Qafqaz mövzusuna müraciət edəcək”.

Erməni jurnalist Ankaranın bundan sonra Bakı ilə sülh müqaviləsini imzalaması üçün İrəvana təzyiqi artıracağını düşünür.

Təkcə Arevik Ovannistan yox, bir sıra ekspertlər də hesab edirlər ki, Türkiyə Suriyada bütün işləri tamamladıqdan sonra diqqətini Ermənistana yönəldəcək. 

Onlar belə bir qənaətə gəliblər ki, istər Azərbaycanla sülh sazişinin imzalanması, istərsə də Zəngəzur dəhlizinin açılması məsələsində Ankara Ermənistana təziqləri artıcaq, yəni Ermənistana çox sərt davranacaq. 

Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə “Cebheinfo.az” –a şərhində qeyd edib ki, Türkiyə həm regional, həm də beynəlxalq güc mərkəzinə çevrilib:

“Demək olar ki, Türkiyə yeni siyasi nizamanın qurulmasında əsas oyunçudur. Xüsusi əhəmiyyətə malik olan regionlar – Yaxın Şərq, Şərqi Aralıq dənizi, Qara dəniz və Cənubi Qafqazda Türkiyə geosiyasi və geostrateji güc mərkəzidir. Ankara bu regionda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində mühüm addımlar atır. 

Təbii ki, Türkiyə Yaxın Şərqdə baş verən son proseslərin iştirakçısıdır. 

Ən əsas məqama gəlincə, Türkiyə Suriyada PKK/YPG-ni tam sıradan çıxardıqdan və bu ölkədə sülh, əmin-amanlıq və təhlükəsizliyi bərqərar etdikdən sonra diqqətini Azərbaycan-Ermənistan sülh prosesinə, Zəngəzur dəhlizinə yönəldəcək. Heç şübhəsiz ki, Ankara bu iki məsələnin tez bir zamanda həll olunmasında mühüm rol oynayacaq". 

 O deyib ki, ABŞ bu məsələdə Türkiyəyə tam dəstək verəcək:

"Türkiyə XİN rəhbəri Hakan Fidan ilə ABŞ Dövlət katibi Entoni Blinken arasında bu məsələ ilə bağlı danışıqlar aparılıb. 

Zəngəzur dəhlizi Türkiyənin iqtisadi-starteji xəttidir. Bu dəhliz Türkiyə üçün xüsusi əhəmiyyət kəsb edir. Həm Azərbaycanla sülh sazişinin imzalanmasında, həm də Zəngəzur dəhlizinin açılmasında Ankara Ermənistan çox ciddi təzyiqlər edəcək. 

Nə Rusiya, nə İran, nə də Fransa Ermənistana kömək edə biləcəklər. 

Türkiyə artıq Cənubi Qafqazda söz sahibinə çevrilib”. 

Yunis Abdullayev
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Dekabr 2024 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri