Növbəti dəfə narkotik çəkib yola çıxan sürücü saxlanıldı
Icma.az, Unikal.az portalına istinadən məlumat verir.
Cəlilabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü müəyyən edilib.
"Unikal" xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Ford Fusion" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydasını pozduğuna görə sürücü C.Məlikova “saxla” işarəsi verilib. Sürücünün hərəkətləri şübhə doğurduğu üçün o, tibbi müayinədən keçirilib. Nəticədə C.Məlikovun narkotik vasitə qəbul etdiyi müəyyən edilib. Sürücü barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxsin sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb.
Qeyd edək ki, həmin sürücü bu ilin fevral ayında da narkotik vasitənin təsiri altında avtomobil idarə etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində tənbeh tədbir görülüb.
Xəlil Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 17 Sentyabr 2025 18:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















