Icma.az
close
up
RU
Növbəti delimitasiya prosesi hansı istiqamətdə olacaq? (ŞƏRH)

Növbəti delimitasiya prosesi hansı istiqamətdə olacaq? (ŞƏRH)

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Yaxın zamanlarda delimitasiya istiqamətində yeni razılaşmaların şahidi ola bilərik".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın Azərbaycanla sərhədlərin delimitasiyası prosesində yeni xəbərlərin mümkünlüyü barədə səsləndirdiyi fikri şərh edərkən deyib. 


"8 avqust Vaşinqton görüşündən sonra Bakı ilə İrəvan arasında sülh danışıqları istiqamətində daha etimadlı mühit formalaşıb. Sülh müqaviləsinin paraflanmasından sonra əməkdaşlığın daha öncədən əsası qoyulan sərhədlərin delimitasiya və demarkasiyası prosesində də növbəti yeniliyin olması gözləniləndir", deyə politoloq bildirib. 

Ekspertin fikrincə, bu istiqamətdə İrəvan rəsmilərinin açıqlaması onu göstərir ki, artıq tərəflər arasında İşçi Qrupların birgə müzakirəsi aparılır və yaxın zamanlarda həmin istiqamətdə yeni razılaşmaların şahidi olacağıq:

"Sovet imperiyası dövründə Azərbaycanla Ermənistan arasında sərhədin dəfələrlə İrəvanın xeyrinə dəyişdirilməsilə bağlı çoxsaylı məlumat və faktların da şahidiyik. Ona görə hesab edirəm ki, sərhədlərin növbəti delimitasiya və demarkasiyası hər iki tərəfdən o qədər də mübahisələndirilməyən ərazilər üzrə davam etdiriləcək. Amma bunun konkret hansı ərazilər olacağı barədə indidən söz demək çətindir. İstər Naxçıvan, istərsə də sərhədin Zəngilandan Qazaxa qədər olan istiqamətində Azərbaycana məxsus əkin sahəsi və torpaqların zaman-zaman Ermənistana istifadəyə verilməsilə bağlı çoxsaylı faklar da var. Harada belə hallar azdır delimitasiya prosesi də məhz həmin istiqamətdə davam etdiriləcək. Əsas odur ki, proses yerində saymayacaq. Delimitasiya və demarkasiya prosesi bəzən onillərlə davam edən prosesdir. Yəni uzun illər vaxt aparır".

Politoloq Azər Qasımov isə ehtimal edir ki, növbəti delimitasiya prosesi Naxçıvan və Şərqi Zəngəzur istiqamətində olacaq:


"Delimitasiya prosesinin davam etdirilməsi uzun zamandan bəri planlaşdırılır və prosesin yenidən Zəngəzur istiqamətində başlanılacağı mesajı verilib. Böyük ehtimalla növbəti delimitasiya prosesinə Naxçıvan və Şərqi Zəngəzur tərəfdən start veriləcək. Çünki Vaşinqtonda imzalanmış sənədin mahiyyətinə uyğun olaraq sərhədlərin konkretləşdiriıməsi lazımdır. Mövcud şərti sərhədlərin delimitasiya və demarkasiya olunması vacibdir ki, hər ölkə öz sərhədlərini dəqiq bilsin. Sərhəd dirəkləri basdırılsın və sərhəddə dayanan hərbi qüvvələr geri çəkilsin. Onların yerinə sərhəd  qoşunları yerləşsin, sərhəd infrastrukturu yaradılsın".

Ekspert hesab edir ki, Azərbaycan və Ermənistan öz üzərlərinə götürdükləri öhdəlikləri tezliklə yerinə yetirəcək və sülh müqaviləsinə gedən yoldakı əngəlləri aradan qaldıracaqlar. 

Qeyd edək ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışında Azərbaycanla sərhədlərin delimitasiyası prosesində yeni xəbərlərin mümkün ola biləcəyini deyib. 

"Sülhün bərqərar olması uzunmüddətli bir prosesdir, bu isə diqqət, ehtiyatlılıq və ardıcıllıq tələb edir", deyə o vurğulayıb. 

Xatırladaq ki, hələlik sərhədin Qazax istiqamətində delimitasiya prosesi baş verib. Avqustun 8-də Vaşinqtonda imzalanan sazişdən sonra isə bu prosesin daha da intensivləşəcəyi gözlənilir. 

Rüfət Sultan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 Sentyabr 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see268

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see249

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see188

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see147

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri