Növbəti hədəfləri İran oldu “Hazırıq, vura bilərik”
Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.
İsrail cəsarətli addım atmağa və İranın nüvə obyektlərini vurmağa hazırdır, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp buna etiraz eləmir.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin “New York Post” qəzeti İsrail mənbələrinə istinadla məlumat yayıb.
İsrail rəsmiləri İranın nüvə obyektlərinin vurulmasının son dərəcə çətin olacağını, amma Təl-Əvivin lazımlı görəcəyi təqdirdə bir belə cəsarətli addım atmağa hazır olduğunu bildiriblər. Mənbələr iddia edirlər ki, ABŞ-nin yeni seçilmiş Prezidenti Trampın buna etirazı yoxdur.
Rəsmilər Tehranın bir ildən artıqdır davam edən münaqişələrə görə zəiflədiyini, İsrailin lazım gələrsə güc tətbiq edərək İranın nüvə potensialını məhv etmək istədiyini deyiblər.
“Ümid edirik ki, bunun qarşısını almaq üçün qeyri-hərbi bir yol var, amma olmasa, hərbi əməliyyatlara hazırıq”, - rəsmilərdən biri qeyd edib.
Mənbə Trampın bu mənada İsrailin yanında olacağına əmin olduğunu vurğulayıb.
Baxış sayı:107
Bu xəbər 07 Yanvar 2025 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















