Növbəti il ehtiyac meyarı 15 manat artırılacaq Deputat
Icma.az, Anews saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2025-ci ildən Azərbaycanda ehtiyac meyarı 285 manata çatdırılacaq. Bunu Milli Məclisin deputatı Vüqar Bayramov öz sosial hesabında yazıb.
Hazırda bu məbləğ 270 manatdır.
"Ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq. Məsələn, ailənin 5 üzvü var və həmin ailənin rəsmi aylıq gəliri 900 manatdır. Bu il həmin ailə üçün 1350 manat (5 nəfər X 270 manat) ehtiyac meyari, yəni xərc hesablanır. Bu zaman ailənin xərci ilə gəliri arasındakı fərq 450 manat (1350 manat- 900 manat) olur", - deputat bildirib.
Deputat əlavə edib ki, ehtiyac meyarı artırıldığı halda daha çox şəxs ünvanlı sosial yardım üçün müraciət edə biləcək.
Hazırda Milli Məclisdə büdcə müzakirələri gedir. Növbəti il üçün büdcənin 41% sosial xərclərə ayrılması nəzərdə tutulur.
Gülnar Nazimqızı
www.anews.az
Baxış sayı:71
Bu xəbər 19 Noyabr 2024 13:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















